Klassik şeirdə qafiyə elementi olaraq xürucdan sonra gələn hərf.
Nümunə:
Gəh dərdilə yarı-yar edərdi,
Gəh ötura, gəh dura gedərdi.
Beytdə edərdi və gedərdi qafiyə sözlərindəki birinci “d” hərfi rəvi, “r” hərfi vəsl, ikinci “d” hərfi xüruc, sonuncu “i” saiti isə M.-dir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti