Poeziyaya xas məcaz və üslubi fiqurlarla zəngin lirik sәciyyәli kiçik nəsr әsәri.
Lirik və epik elementlərin müştərək xüsusiyyətləri zəminində yaranan janr tipidir. Mənsur şeirdə təhkiyə genişliyi, əhvalatçılıq yox, lirik tərənnüm əsasdır. Burada nitqin emosionallığı, şeir dilinə xas rəngarənglik özünü qabarıq göstərir. Azərbaycan ədəbiyyatında bu janrın əsas nümayəndəsi Gülhüseyn Hüseynoğludur. Yazıçının “Ay nur çiləyəndə…” əsərindən: “Təbiət gümüşü rəngə boyanır, yarpaqlar pıçıldaşır, ulduz ulduzu çağırır, sevgililər görüşə çıxır, ay nur çiləyəndə… Qapılara elçilər gəlir, qızların ürəyi səksəkədə olur, qoşa zurnadan «Vağzalı» süzülür, nişanlı qızlar gəlin gedir, ay nur çiləyəndə…”
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti