Reklam
Reklam

Tarix terminləri lüğəti

general-qubernatorluq

lat. generalis – ümumi, başlıca + lat. gubernator – rəhbər, ilhamçı

1. Rusiyada 1775–1917-ci illərdə mövcud olmuş inzibati-ərazi vahidi.

G-Q. bir, yaxud bir neçə quberniya və ya vilayəti özündə birləşdirib. Moskva və Sankt-Peterburq ayrıca G-Q.-lar olub. Bu inzibati-ərazi vahidlərinə bütün yerli hakimiyyəti əlində cəmləşdirən general-qubernator rəhbərlik edib. Azərbaycanda 1905–1907-ci illərdə iki müvəqqəti G-Q. (Bakı və Yelizavetpol) mövcud olub.

2. AXC dövründə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının qarşısını almaq məqsədilə Qarabağda yaradılmış müvəqqəti inzibati idarəçilik sistemi.

1919-cu il yanvarın 15-də Azərbaycan hökumətinin qərarı ilə təsis olunmuş Qarabağ G-Q.-u 1920-ci ilin aprel işğalına kimi fəaliyyət göstərib.

3. 1939-cu illərdə nasist Almaniyası tərəfindən işğal olunmuş Polşada inzibati-ərazi vahidi.

Tarix terminləri lüğəti