lat. generalis – ümumi, başlıca + lat. gubernator – rəhbər, ilhamçı
1. Çar Rusiyasında general-qubernatorluqda yerli idarəçiliyə başçılıq edən ali məmur.
G-Q. vəzifəsini 1917-ci il Fevral burjua-demokratik inqilabı ləğv edib.
2. Millətlər birliyinə daxil olan ölkələrdə (keçmiş dominionlarda) dövlət başçısı hesab edilən İngiltərə kralının nümayəndəsi.
Tarix terminləri lüğəti