Reklam
Reklam

Tarix terminləri lüğəti

quberniya

lat. gubernatio – idarəetmə, rəhbərliketmə

Rusiyada XVIII əsrin əvvəlindən 1929-cu ilədək əsas inzibati-ərazi vahidi.

İlk Q.-lar I Pyotrun dövründə, 1708-ci ildə yaranıb. Bu ərazi-inzibati vahidinə qubernator başçılıq edib. Q.-lar, öz növbəsində, qəzalara bölünüb. Bəzi hallarda bir neçə Q. general-qubernatorluqda birləşdirilib. XIX əsrin əvvəllərində Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından bir müddət sonra Q. sistemi Azərbaycana da şamil edilib. Azərbaycanlıların məskunlaşdıqları ərazilər müxtəlif Q.-lar arasında bölünüb. Kutaisi Q.-sı istisna olmaqla Azərbaycan torpaqları hissə-hissə Cənubi Qafqazdakı bütün Q.-ların (Şamaxı, Bakı, Yelizavetpol (Gəncə), İrəvan, Tiflis) tərkibinə daxil edilib. Q.-lar 1929-cu ildə ləğv olunub.

Tarix terminləri lüğəti