Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

dəqiqlik

1. Təsvir edilən obyektin onun reallıqdakı vəziyyətinə uyğunluq dərəcəsi, düzgünlüyü.

D. jurnalist peşəkarlığının mühüm göstəricilərindən biri, «həqiqilik» termininə mənaca yaxın anlayışdır. Azər­baycan jurnalistlərinin peşə davranışı qaydalarının birinci prinsipi «Həqiqətə ­xid­mət, D. və operativlik» adlanır. Media işçilə­rindən cəmiyyəti dəqiq informasiya ilə ­tə­min etmək, buna mane olan hərəkət­lərdən çəkinmək, faktların düzgünlüyünü bütün mümkün vasitələrlə yoxlamaq tələb olu­nur. 

2. Nitqdə istifadə olunan söz və ifadələrin onların gerçək mənasında iş­lədil­məsini tələb edən prinsip, nitqin keyfiyyət göstəricisi.

Jurnalistika terminləri lüğəti