alm. grund – torpaq, özək
Yer qabığının sukeçirməyən birinci süxur layı üzərində yerləşən yeraltı sular.
Q.S., əsasən, atmosfer yağıntıları, çay, göl, su anbarları, suvarma kanalları və hidrotexniki qurğulardan sızan sulardan əmələ gəlir. Buna görə çayların, kanalların, su anbarlarının yaxınlığında Q.S.-nın səviyyəsi yüksək olur. Atmosfer yağıntılarının miqdarından, ərazinin suvarma rejimindən asılı olaraq Q.S.-nın səviyyəsi, kimyəvi tərkibi dəyişir. Meşə, meşə-çöl və çöl rayonlarında şirin və ya minerallaşmış Q.S., quru çöl, səhra və yarımsəhra rayonlarında çox minerallaşmış şor Q.S. üstünlük təşkil edir.
Coğrafiya terminləri lüğəti