Mülayim və subtropik iqlim qurşaqlarında, əsasən, ot bitkilərindən ibarət meşəsiz ərazi.
Ç.-lərə Antarktidadan başqa bütün qitələrdə rast gəlinir. Şimali Amerikada onlar preri, Cənubi Amerikada pampa, lyanos, Avrasiyanın bir sıra regionlarında (Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan) step, digər bölgələrində (Azərbaycan, Türkiyə) bozqır adlanır. Afrika və Avstraliyada savannalar da Ç. landşaft tipinin formalarıdır. Ç.-lər ən müxtəlif torpaqlarda – qara, şabalıdı, boz, qonur torpaqlar olan ərazilərdə yayılıb. Hazırda Ç.-lərin böyük hissəsi güclü antropogen təsirə məruz qalıb və Yer kürəsinin mühüm taxılçılıq rayonlarına çevrilib.
Coğrafiya terminləri lüğəti