Arid iqlim şəraitində formalaşmış əsas landşaft tipi.
Buxarlanmanın illik yağıntıların miqdarından xeyli üstün olması və çay şəbəkəsinin seyrəkliyi Y.-nın başlıca cəhətlərindəndir. Y.-lar üçün çöl və səhra landşaftına xas olan bitki və torpaq kompleksləri də səciyyəvidir. Yerləşməsinə və iqlim xüsusiyyətlərinə görə mülayim qurşaq, subtropik qurşaq və tropik qurşaqların Y.-ları fərqləndirilir. Azərbaycanda Kür-Araz ovalığında Y. landşaftı geniş sahə tutur.
Coğrafiya terminləri lüğəti