lat. multiplicatio – çoxaltma, böyütmə, artırma
1. Hərəkətsiz görüntülərin (şəkillərin, kadrların) müəyyən tezlik və ardıcıllıqla bir-birini əvəzləməsi yolu ilə hərəkətdə olmaları təsəvvürü yaratmaq üsulu.
2. Bu üsulla çəkilmiş film, süjet.
İlk M. filmlərinin hazırlanmasında qəzet materiallarının rolu olub; məsələn, 1911-ci ildə çəkilmiş «Balaca Nemo» M. filmi qəzet komiksləri əsasında yaradılıb. Onlayn jurnalistika və multimedia resursları inkişaf etdikdən sonra isə, əksinə, jurnalistikada M. elementlərindən istifadə olunmağa başlayıb. Bu, informasiyanın istifadəçilərə daha maraqlı və cəlbedici formada çatdırılmasına xidmət edir; məsələn, Almaniyanın Süddeutsche Zeitung qəzetinin onlayn nəşrində qatarların hərəkət qrafiki haqqında məlumatlar M. üsulu ilə təqdim olunur. Rusiya kanallarının 2015-ci ildə siyasi lider Boris Nemtsovun qətlə yetirilməsi haqda ilk xəbərlərində də qətlin təfərrüatlarına həsr olunmuş süjetlər M. formasında hazırlanmışdı və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti