Təbii mineral birləşmələrdən ibarət olan, tərkibindəki metalların, mineralların alınması iqtisadi cəhətdən məqsədəuyğun hesab edilən faydalı qazıntı.
İqtisadi məqsədəuyğunluq mineral birləşmədəki metalların, digər elementlərin konsentrasiyası dərəcəsi ilə müəyyənləşdirilir. F. termini, əsasən, metal və bəzi qeyri-metal tərkibli (pyezokvars, flüorit və s.) faydalı qazıntılara aid edilir. Azərbaycanın yeraltı sərvətləri içərisində əhəmiyyətinə görə ikinci yeri F.-lər tutur. Daşkəsən dəmir filizi yatağı, Zəylik alunit yatağı, Balakəndə aşkar edilmiş polimetal filiz yatağı Avropada ən iri yataqlardan sayılır.
Coğrafiya terminləri lüğəti