lat. recultivo – bərpa etmək
Texnogen təsir nəticəsində məhsuldarlığı azalmış torpaqların, dağılmış relyefin və təbiətin bitki örtüyünün süni surətdə bərpa edilməsi üzrə tədbirlər kompleksi.
R. torpaq meliorasiyasının xüsusi növüdür. O, əsasən, əkinçiliklə və dağ-mədən sənayesinin inkişafı ilə bağlıdır, yataqların istismarı zamanı zərər dəymiş sahələrin bərpasını da nəzərdə tutur. Landşaftın R.-sı bütövlükdə landşaftın və ya onun komponentlərinin insana faydalı istiqamətdə bərpa edilməsinə yönəldilmiş tədbirlər kompleksidir. Buraya yeni tip mədəni landşaftın yaradılması tədbirləri də daxildir.
Coğrafiya terminləri lüğətiTorpaqların rekultivasiyası, dağılmış relyefin və təbiətin bərpası məqsədilə həyata keçirilən fəaliyyət formaları və tədbirlər sistemi.
Bura yamacların bərkidilməsi, neftə bulaşmış torpaqların yuyulması və təmizləməsi, münbit torpaq qatının daşınması, karxanaların doldurulması və bu kimi işlər daxildir.
Coğrafiya terminləri lüğətiQədim torpaqəmələgəlmə prosesində yaranmış və həmin dövrlərin müəyyən xüsusiyyətlərini özündə saxlamış torpaq.
R.T.-lar bir sıra hallarda sonrakı fiziki-coğrafi şəraitdə formalaşmış çöküntülərlə örtülü olur. Torpaqlarda dəmirli-manqanlı qatışıqların olması, buzlaq sahələrdən kənar torpaqlarda buzlaşma dövrünün əlamətlərinə rast gəlinməsi, torpaq humusunun tərkibinin müasir proseslərə uyğun gəlməməsi və s. reliktliyin göstəriciləridir.
Coğrafiya terminləri lüğətilat. relevo – qaldırıram
Formasından, mənşəyindən və ölçüsündən asılı olmayaraq Yer səthində bütün nahamarlıqların məcmusu.
Formalarına görə R.-lər müsbət (təpə, dağ və s.) və mənfi (dərə, yarğan və s.), mənşəyinə görə təbii və antropogen (insan fəaliyyəti nəticəsində yaranmış) olur. R.-in yaranmasında insanın rolu getdikcə artır: məsələn, karxanaların yerində dərələr əmələ gəlir, dağ ətəklərində terraslar salınır. Ölçülərinə görə isə Yer qabığının R.-ini beş qrupa bölürlər: planetar, meqa, makro, mezo, mikro. Planetar R. forması materik və okean çökəkliyidir. Meqarelyeflərə dağlıq ərazilər və böyük düzənliklər, makrorelyeflərə – dağ silsilələri, dağ vadiləri, böyük göllərin çökəklikləri, mezorelyeflərə – təpələr, dərələr, yarğanlar, mikrorelyeflərə daha kiçikölçülü formalar daxildir. R.-in əmələgəlmə səbəbləri bəllidir: bunlar Yer səthinə təsir göstərən daxili (məs.: tektonik) və xarici (məs.: günəş şüalarının enerjisi, yağışlar və s.) proseslərdir. Amma bəzi suallar elmdə hələ də mübahisə doğurur: niyə Yerin yarımkürələrindən biri, əsasən, okeanlardan (çökəkliklərdən), digəri qurudan (yüksəkliklərdən) ibarətdir? Niyə bəzi okeanın sahili dağ silsilələri, digərinin sahili düzənliklərdən ibarətdir və s. R.-lə bağlı məsələləri geomorfologiya elmi öyrənir.
See also:
Coğrafiya terminləri lüğətilat. repatriatio – vətənə qayıdış
Hərbi əməliyyatlar, digər məcburi şərtlər nəticəsində xarici dövlətin ərazisinə düşmüş şəxsin vətəndaşı olduğu, daimi yaşadığı, yaxud doğulduğu ölkəyə qayıtması.
II Dünya müharibəsindən sonra hərbi əsirlərin və mülki şəxslərin R.-sı geniş vüsət almışdı. R.-nın mütəşəkkil qaydada həyata keçirilməsi üçün, adətən, dövlətlərarası, yaxud beynəlxalq müqavilələr imzalanır. Lakin R. fərdi qaydada da həyata keçirilə bilər. Əksər ölkələrin, o cümlədən Azərbaycan Respublikasının daxili qanunvericiliyində bunun qaydaları öz əksini tapıb.
See also:
Coğrafiya terminləri lüğəti