lat. recultivo – bərpa etmək
Texnogen təsir nəticəsində məhsuldarlığı azalmış torpaqların, dağılmış relyefin və təbiətin bitki örtüyünün süni surətdə bərpa edilməsi üzrə tədbirlər kompleksi.
R. torpaq meliorasiyasının xüsusi növüdür. O, əsasən, əkinçiliklə və dağ-mədən sənayesinin inkişafı ilə bağlıdır, yataqların istismarı zamanı zərər dəymiş sahələrin bərpasını da nəzərdə tutur. Landşaftın R.-sı bütövlükdə landşaftın və ya onun komponentlərinin insana faydalı istiqamətdə bərpa edilməsinə yönəldilmiş tədbirlər kompleksidir. Buraya yeni tip mədəni landşaftın yaradılması tədbirləri də daxildir.
Coğrafiya terminləri lüğəti