yun. techne – incəsənət, ustalıq + yun. genes – mənşə + alm. landschaft – ölkə, mahal
İnsan fəaliyyəti nəticəsində, adətən, texniki vasitələrdən istifadə etməklə formalaşdırılmış landşaft.
T.L. antropogen landşaftın bir növüdür, çox vaxt onun, həmçinin “mədəni landşaft” termininin sinonimi kimi işlədilir. T.L.-da sənaye elementləri, süni konstruksiyalar mühüm rol oynayır.
Coğrafiya terminləri lüğəti