Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

yarımkürə

Bəzi mühüm əlamətlərinə görə Yer səthinin iki yerə bölünmüş yarımkürə şəklində böyük hissələri.

Coğrafiyada Yer səthi Şimal və Cənub, Qərb və Şərq, quru (materik) və su (okean) Y.-lərinə bölünür. Şimal və Cənub Y.-lər bölgüsü ekvatora görə aparılır: ekvatordan Şimal qütbünə tərəf olan hissə Şimal Y.-si, Cənub qütbünə tərəf olan hissə Cənub Y.-si adlanır. Qurunun təqribən 2/3 hissəsi (100,5 milyon  km2) Şimal Y.-sində yerləşir. Yer kürəsinin Qrinviç meridianından (0°) şərqə – 180°-lik meridiandan qərbə doğru olan hissəsinə Şərq Y.-si, Qrinviç meridianından qərbə – 180°-lik meridiandan şərqə doğru olan hissəsinə Qərb Y.-si deyilir. Avrasiya (Çukotkanın kiçik ərazisini çıxmaq şərti ilə), Afrikanın çox hissəsi və Avstraliya Şərq Y.-sinə düşür. Nəhayət, Yer kürəsi mərkəzi 47°13′ şm.e., 1°32′ q.u. olmaqla (Fransanın Nant şəhəri yaxınlığında) materik Y.-sinə və mərkəzi 47°13′ c.e., 178°28′ ş.u. olmaqla (Yeni Zelandiya yaxınlığında) okean Y.-sinə bölünür. Yerin quru sahəsinin 6/7 hissəsi materik Y.-sində yerləşir. Afrika – ərazisi bütün altı Y.-nin hamısına düşən yeganə materikdir.

Coğrafiya terminləri lüğəti