mürəkkəb adların tərkibində işlənən el və gün sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elgün (bax: EL; GÜN) kişi adı öz elinin günəşi, öz eli üçün yanan anlamlarını ifadə edir. Bir sıra lüğətlərdə Elgün antroponimi elkün sözü ilə əlaqələndirilir və camaat, xalq, el, oba, dövlət olduğu barədə şərhlərə rast gəlinir. Bu fikirlər də inandırıcı görünür.
Azərbaycan şəxs adlarının izahlı lüğətiEldəniz/Eldəgiz adındandır (bax: ad – ELDƏ- NİZ). Eldəgizlər sülaləsinin adından olub,da hecasının düşümü nəticəsində formalaşmış şəxs adıdır.
XX əsrin ortalarında bu ad artıq populyarlığını itirmiş olsa da, əsrin 80-ci illərindən yenidən populyarlaşmağa başlamışdır. Bu gün Elgiz adı məişətimizdə geniş yayılmış şəxs adları sırasındadır. Adın daşıyıcılarından Azərbaycanın Mülli Qəhrəmanı adına layiq görülmüş (ölümündən sonra) Elgiz Kərimov (1971-1992) I Qarabağ müharibəsində Qarabağın Naxçıvanik kəndi uğrunda gedən qanlı döyüşlərdə döyüşçü yoldaşlarını mühasirədən çıxarmağa nail olsa da, özü qəhrəmanlıqla həlak olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən el sözü və arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elxan (bax: EL; XAN) kişi adı elin xanı, elin başçısı, hökmdar, imperator, padşah və buna yaxın anlamları ifadə edir. Qədim türk xalqlarında elxan hökmdar titulu olmuşdur.
Bu titulu VI əsrdə Şərq xanlığında Bumın xaqan qəbul etmişdi. Tarixdə XIII-XIV əsrlərdə Azərbaycanda özünə elxan titulunu götürmüş monqol Hülaku xanın əsasını qoyduğu Elxanilər dövlətinin hökm sürmüş olduğu da məlumdur. Bədii ədəbiyyatda bu adı ilk dəfə C.Cabbarlı “Od gəlini” əsərində işlətmişdir. Ədibin digər əsərlərinin qəhrəmanı kimi, öz elinin qəhrəman oğlu kimi təqdim edilmiş Elxan surəti də ümumxalq məhəbbəti qazanmışdır. Antroponimin bugünə qədər populyarlığını saxlamasının da əsas səbəblərindən birincisi bu olmuşdur desək, yəqin ki, səhv etmərik.
Azərbaycan şəxs adlarının izahlı lüğətielizbar sözündən olduğu barədə məlumatlar mövcuddur. Cənubi Qafqaz ölkələrində rast gəlinən bu antroponim gürcü dilində daha geniş yayılmışdır. Azərbaycanda, əsasən, Elizbar/Elzibar şəklində işlənir. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı yerlərdə daha çox rast gəlinən şəxs adlarındandır. Elizbar adı xristian dini ilə (xristian dinini qəbul etməklə) bağlı antroponimlərdəndir. Gürcü şəxs adları siyahısında Qafqazda qədim adlardan hesab edilən adın, əsasən, XVII əsrdən sonra geniş yayıldığı barədə məlumatlar mövcuddur. XII əsrdə yaşamış gürcü knyazı Elizbar Ksanskiyə olan xalq məhəbbətinin təzahürü, adına ehtiram əlaməti olaraq həmin dövrdən etibarən bu ad məşhurlaşmağa başlamışdır. Gürcü tarixində Elizbar Ksanskiyə rəğbət onun digər knyazlar – Bidzin və Şalva Ksanskilərlə birlikdə Şərqi Gürcüstan ərazisini yadelli işğalçılardan azad etməsi və öz əqidəsi yolunda məhv edilməsi ilə əlaqədardır.
Bir məsələni də qeyd etmək lazımdır ki, Cənubi Qafqazda yaşayan digər xalqların dilində olduğu kimi, Gürcüstanda yayılmış Qafqaz mənşəli Elizbar adının mənşəyi barədə dəqiq məlumatlar yoxdur. Gürcü şəxs adları lüğətlərində bu səbəbdən adın qədim yəhudi dilində olan Yelisey (qədim yəhudu dilindən tərcümədə Tanrının xilas etmiş olduğu) və yəhudi mənşəli bar (oğul) sözü ilə əlaqəli olması ehtimal edilir. Beləliklə də Elizbar/ Elzibar kişi adının Tanrının xilas etdiyi oğul olması barədə şərhlərə rast gəlinir. Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, bu mürəkkəb adın türk mənşəli el sözü ilə başlaması, bununla da onun dəqiq türk mənşəli antroponim olması barədə ehtimallar da əsassız sayıla bilər. Çünki türk dillərində zibar sözü olması və mənşəyi ilə bağlı mənbələrdə məlumatlara rast gəlinmir. Lakin Qafqazda yayılmış qədim adlardan olan Elizbar/Elzibar antroponimi bu gün Cənubi Qafqazın digər xalqlarında olduğu kimi, dilimizdə də mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiellin sözündəndir. Ellin sözü başqa dillərə qədim yunan dilindən keçmədir. Tarixdən məlum olduğu kimi, qədim yunanlar özlərinə ellinlər adı vermişlər. Ellin isə ellinlərin əfsanəvi əcdadının adı olmuşdur.
Bu gün dünyanın bir çox dillərində olduğu kimi, Azərbaycan dilində də Ellin kişi adına rast gəlinir. Adın təhrif olunmuş forması Elin də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların komponentləri kimi işlənən el və man sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elman (bax: EL; MAN) kişi adı elin adamı, el üçün doğulmuş adamdır.
XX əsrin sonlarına qədər məişətimizdə geniş yayılmış kişi adlarından olan Elman sonradan müşahidəediləcək dərəcədə azalmışdır. Adın daşıyıcılarından Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş (ölümündən sonra) Elman Hüseynov 1952-1993) I Qarabağ müharibəsində işğalçı düşmənə qarşı döyüşlərdə dəfələrlə yaralansa da, səngərdən ayrılmamış, Vəng kəndi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətielm və fars. dar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elmdar (bax: ad – ELMİ; DAR) kişi adı elmə marağı olan, elm sahibi, özünü bütünlüklə elmə həsr edən, elmlə ürəkdən bağlı olan mənasını ifadə edir. Adın təhrif olunmuş forması Elmidar da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti