mürəkkəb adların tərkibində işlənən el və daniz sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Mənşəcə qıpçaqlardan olan böyük hökmdar, Azərbaycan Atabəylər dövlətinin, Eldənizlər (Eldəgizlər) dövlətinin yaradıcısı, müdrik siyasi xadim və istedadlı sərkərdə Şəmsəddin Eldəgizin adındandır.Mənbələrdə qeyd edilir ki, Eldəgiz (eldəgəz) sülaləsinin adı “el- də gəzən” mənasındadır. Eldəniz (İldəniz®İltəngiz) şəxs adının dəniz hökmdarı və ya “dəniz kimi (nəhəng, qüdrətli) hökmdar“ mənasında olduğu, həmçinin elin dənizi mənasında olduğu barədə məlumatlar da mövcuddur. Eldəniz (bax: EL; DƏNİZ) kişi adı yad ölkələrdə gəzib dolaşan mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti