Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELLIN yunan mənş.

ellin sözündəndir. Ellin sözü başqa dillərə qədim yunan dilindən keçmədir. Tarixdən məlum olduğu kimi, qədim yunanlar özlərinə ellinlər adı vermişlər. Ellin isə ellinlərin əfsanəvi əcdadının adı olmuşdur.

Bu gün dünyanın bir çox dillərində olduğu kimi, Azərbaycan dilində də Ellin kişi adına rast gəlinir. Adın təhrif olunmuş forması Elin də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti