Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

GÜN azərb.

gün sözündəndir. Gün sözü dilimizdə ümumişlək sözlərdən olub bir neçə məna ifadə edir: 1. Gecə-gündüzün səhərdən-axşama qədərki işıqlı müddəti, gün çıxandan gün batana qədərki dövr; 2. Yerin öz oxu ətrafında bir dəfə dövr etdiyi (24 saatlıq) müddət; gecə-gündüz; 3. Müəyyən bir ictimai hadisəni qeyd etmək üçün təqvimində təyin edilmiş gün; 4. Vaxt, vaxtilə; 5. mac. Həyat, ömür, yaşayış, dolanacaq, güzəran;Vəziyyət, hal mənasında; 7. Dan, əmək, gün.

Gün sözü türk antroponimik vahidlər sistemində vaxtilə müştərək şəxs adları sırasında olsa da, bu gün yalnız mürəkkəb adların tərkibində (bəzi adların əvvəlində, bəzi adların sonunda) işlənir. Bu qəbildən olan şəxs adlarındakı gün komponenti günəşlə, aydınlıqla əlaqədar mənalar ifadə edir. Azərbaycanda çox qədim dövrlərdən övladlara verilən belə şəxs adları bu gün də məişətimizdə geniş yayılmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti