Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

...MAR

Azərbaycan antroponimikasında bu gün mar müstəqil şəxs adı kimi mövcud olmasa da, Yelmar, Sumar(ə), Gülmarə və s. kimi mürəkkəb adların tərkibində işlənir.

Qədim türk dillərində suriya dilindən gəldiyi ehtimal olunan hələ Çinin şimal-qərbində tapılan qədim uyğur kitabələrində işlənən mar sözü bir sıra şəxs adlarının tərkibində işlənərkən hündürlük, alilik, həmçinin müəllim, ustad, nəsihət edən anlamlarını ifadə edir. Bir məsələni də qeyd etmək lazımdır ki, türk xalqları bütün dövrlərdə müəllimə, ustada çox yüksək qiymət vermişlər. Bəzi şəxs adlarında komponent olaraq çıxış edən fars mənşəli mar sözü isə ilan mənasındadır. Bildiyimiz kimi, Şərq xalqlarında ilana münasibət heç də həmişə birmənalı olmamışdır. Əski təfəkkürümüzdə, eləcə də folklorumuzda erkən dövrlərdə ilana ikili münasibətin şahidi oluruq. Erkən dövrlərdə ilana müdrik, ağıllı bir varlıq kimi baxılsa da, sonrakı dövrdə zəhərli, ziyanlı xüsusiyyətlərinə görə mənfi münasibət formalaşmışdır. Qədim adlarda da ilkin məna özünü saxlamışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti