cihad sözü din uğrunda müharibə, din yolunda vuruşma, müqəddəs müharibə anlamlarını ifadə edir.
Ərəblərdə həm oğlanlara, həm də qızlara verilən şəxs adlarındandır. Azərbaycan dilində isə Cihad yalnız kişi adıdır. Bu gün türk xalqları arasında geniş yayılmış antroponimlərdəndir. Adın ərəb dünyasında bu qədər populyar olması cihad sözünün mənası ilə əlaqədardır. İslam tarixində Məhəmməd Peyğəmbərin tərəfdarlarından olan əz-Zübeyir ibn əl-Əvvam oğlanlarına din yolunda şəhid olmuşların adlarını vermişdi, bununla da onların adlarını daşıdıqları kəslərin yolunu davam etdirmələrini arzu etmişdi. Təbiidir ki, bu da müqəddəs müharibədə şəhidlik zirvəsinə ucalmaq inamından irəli gəlirdi. Cihad antroponimi əqidə, din uğrunda müqəddəs müharibə anlamını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəticomard sözü müasir Azərbaycan dilində əliaçıq, səxavətli, ürəyiaçıq, mərd, alicənab mənasında işlənir. Cavanmərd, yəni gənc, mərd adam sözünün dəyişikliyə uğramış forması kimi də izah edilir.
Lakin digər mənbələrdə (B.Abdullayev) bu fikir qəbul edilmir, comərd sözünün com və ərd (əsli ard, ərt) sözlərinin birləşməsi olduğu bildirilir. Buna görə də Comərd antroponimi tayfanın, qəbilənin dayağı, igidi kimi izah edilir. Adın təhrif olunmuş forması Cömərd də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəticoçqun (coşmaq feilindəndir) sözü bir neçə yaxın mənada işlənir: 1. Coşmuş halda olan, kükrəyən, daşan, qızışmış; 2. Bütün gücü, şiddəti ilə təzahür edən; güclü, gur, şiddətli; təlatümlü; 3. Qızğın, güclü, şiddətli, hədsiz; 4. Ehtiraslı, qızğın, atəşin; 5. Həyəcanlı, qaynar, alovlu, ürəkli, ilhamlı, sürətli. Məcazi mənada qızğın, güclü, şiddətli, hədsiz; ehtiraslı, atəşin, həyəcanlı; dəliqanlı anlamlarını ifadə edir. Coşqun kişi adı coşmuş halda olan, qaynar, dəliqanlı mənasındadır. Adın təhrif olunmuş forması Coşğun da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəticuma və ali sözlərinin birləşməsindən yaranmış addır. Cumalı (bax: ad – CUMA; ALI) dəyərli, yüksək səviyyədə bir araya gətirilmiş olan, həmçinin müqəddəs, üstün olan əziz gün mənasındadır, başqa sözlə, Cumalı müqəddəslik, alilik, hörmət, ehtiram ifadə edən iki adın birləşməsindən yaranmış şəxs adıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiCumay İslamaqədərki şəxs adları sırasındadır. Bir çox araşdırmalarda qədim türk xalqlarının mifologiyasında doğum və uşaqları himayə ilahəsi kimi qəbul edilən Umayın adı ilə (bax: ad – UMAY) əlaqələndirilir.
Xəzərlərdə böyük ana anlamına gələn Umay/Cumay adı xüsusi ehtirama layiq olmuşdur. Hətta alban episkopu İsrael VII əsrdə onu Afrodita adlandırmışdı. Azərbaycanda Şəki bölgəsinin Kiş kəndində Tataruşağı məhəlləsində müqəddəs sayılan, ziyarət yeri olan Cumay ocağı da atəşpərəstlik dövrünün yadigarlarındandır. Bəzi lüğətlərdə Cuma adı ilə eyniləşdirmək meyillərinə də rast gəlinir. Lakin Cumay tam fərqli antroponimdir. Bu gün Azərbaycanda Cumay adını daşıyan şəxslərə nadir hallarda olsa da, rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğəticüm’a həftənin beşinci günü; cümə axşamından sonra gələn gün anlamını ifadə edir.
Cümə kişi adı müsəlmanların istirahət günü, məscidə getdikləri gün, ibadət etmək üçün bir yerə yığışdıqları gün, cümə gününün adı ilə əlaqədardır. Məlum olduğu kimi, mövcud bütün dinlərdə cümə günü müqəddəs sayılır. Hətta dünya xalqlarında belə bir inanc da mövcuddur ki, ən gözəl, ayağı düşərli övladlar məhz həftənin cümə günləri dünyaya gəlirlər. Şərq ölkələrinin, demək olar ki, əksəriyyətində bazar günü həftənin cümə günüdür. Cümə kişi adı da həftənin beşinci gününün, ən müqəddəs sayılan günün adındandır. Müsəlmanlarda əsasən beşinci gün dünyaya gələn oğlan övladlara qoyulan ad olmuşdur. Sonradan məişətimizdə geniş yayılmışdır. XX əsrin ortalarından dəbdən düşmüş kişi adlarındandır. Adın daşıyıcıları arasında XIX əsrin II yarısında yaşayıb-yaratmış aşıq Molla Cümə (1854-1920) aşıq poeziyasının inkişafında, onun yeni möv- zular, yeni poetik janrlarla zənginləşməsində xüsusi rolu olmuş sənətkarlardandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiCürat və mürəkkəb adların tərkibində işlənən Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Cürətəli (bax: ad – CÜRƏT; ƏLİ) kişi adı son dərəcə qoçaq, Əli cürətli, Əli ürəkli anlamındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan bu ad bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiçapar (çapmaq feilindəndir) sözündəndir. Çapar sözü dilimizdə bir neçə məna ifadə edir: 1. Çapan, atsürən; 2. Vaxtilə hər hansı bir əmri, göstərişi, məktubu tez aparıb yerinə çatdıran işçi, qasid, müasir dildə poçtalyon; 3. Atlı mühafizəçi; 4. Xallı, çil-çil albinos; 5. Qayıq, barkas.
Çapar apelyativinin semantikasındakı səyirdən, sıçrayan, çapan və s. kimi igidlik çalarlı mənalar onun kişi adı olaraq formalaşmasına səbəb olmuşdur ki, bu da türk mənşəli kişi adları üçün xarakterikdir. Çapar kişi adı da sözün birinci mənası ilə bağlıdır. Dilimizdə çaparaq getmə, yəni tez yerinə çatma ifadəsi də çapar sözü ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti