comard sözü müasir Azərbaycan dilində əliaçıq, səxavətli, ürəyiaçıq, mərd, alicənab mənasında işlənir. Cavanmərd, yəni gənc, mərd adam sözünün dəyişikliyə uğramış forması kimi də izah edilir.
Lakin digər mənbələrdə (B.Abdullayev) bu fikir qəbul edilmir, comərd sözünün com və ərd (əsli ard, ərt) sözlərinin birləşməsi olduğu bildirilir. Buna görə də Comərd antroponimi tayfanın, qəbilənin dayağı, igidi kimi izah edilir. Adın təhrif olunmuş forması Cömərd də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti