cihad sözü din uğrunda müharibə, din yolunda vuruşma, müqəddəs müharibə anlamlarını ifadə edir.
Ərəblərdə həm oğlanlara, həm də qızlara verilən şəxs adlarındandır. Azərbaycan dilində isə Cihad yalnız kişi adıdır. Bu gün türk xalqları arasında geniş yayılmış antroponimlərdəndir. Adın ərəb dünyasında bu qədər populyar olması cihad sözünün mənası ilə əlaqədardır. İslam tarixində Məhəmməd Peyğəmbərin tərəfdarlarından olan əz-Zübeyir ibn əl-Əvvam oğlanlarına din yolunda şəhid olmuşların adlarını vermişdi, bununla da onların adlarını daşıdıqları kəslərin yolunu davam etdirmələrini arzu etmişdi. Təbiidir ki, bu da müqəddəs müharibədə şəhidlik zirvəsinə ucalmaq inamından irəli gəlirdi. Cihad antroponimi əqidə, din uğrunda müqəddəs müharibə anlamını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti