Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CÜMƏ ərəb.

cüm’a həftənin beşinci günü; cümə axşamından sonra gələn gün anlamını ifadə edir.

Cümə kişi adı müsəlmanların istirahət günü, məscidə getdikləri gün, ibadət etmək üçün bir yerə yığışdıqları gün, cümə gününün adı ilə əlaqədardır. Məlum olduğu kimi, mövcud bütün dinlərdə cümə günü müqəddəs sayılır. Hətta dünya xalqlarında belə bir inanc da mövcuddur ki, ən gözəl, ayağı düşərli övladlar məhz həftənin cümə günləri dünyaya gəlirlər. Şərq ölkələrinin, demək olar ki, əksəriyyətində bazar günü həftənin cümə günüdür. Cümə kişi adı da həftənin beşinci gününün, ən müqəddəs sayılan günün adındandır. Müsəlmanlarda əsasən beşinci gün dünyaya gələn oğlan övladlara qoyulan ad olmuşdur. Sonradan məişətimizdə geniş yayılmışdır. XX əsrin ortalarından dəbdən düşmüş kişi adlarındandır. Adın daşıyıcıları arasında XIX əsrin II yarısında yaşayıb-yaratmış aşıq Molla Cümə (1854-1920) aşıq poeziyasının inkişafında, onun yeni möv- zular, yeni poetik janrlarla zənginləşməsində xüsusi rolu olmuş sənətkarlardandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti