coçqun (coşmaq feilindəndir) sözü bir neçə yaxın mənada işlənir: 1. Coşmuş halda olan, kükrəyən, daşan, qızışmış; 2. Bütün gücü, şiddəti ilə təzahür edən; güclü, gur, şiddətli; təlatümlü; 3. Qızğın, güclü, şiddətli, hədsiz; 4. Ehtiraslı, qızğın, atəşin; 5. Həyəcanlı, qaynar, alovlu, ürəkli, ilhamlı, sürətli. Məcazi mənada qızğın, güclü, şiddətli, hədsiz; ehtiraslı, atəşin, həyəcanlı; dəliqanlı anlamlarını ifadə edir. Coşqun kişi adı coşmuş halda olan, qaynar, dəliqanlı mənasındadır. Adın təhrif olunmuş forması Coşğun da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti