asim sözü təmiz, ismətli, həyalı; qoruyucu, mühafizəçi, namusunu qoruyan anlamına gəlir.
İslamda Məhəmməd Peyğəmbəri qoruyan, müdafiə edən mənasında da işlədilir. Mənbələrdə Mədinə şəhərinin qədim adının Yəsrib Asim olduğu da göstərilir. Adın mənası ilə bağlı dilçilikdə mübahisələr yaranmasa da, bəzi izahlı lüğətlərdə fars dilində olan asim sözündən olması göstərilir. Fars dilində Asim kişi adı ustad, öz işinin bilicisi, mahir usta mənasındadır. Bu fikirləri də tam kənarlaşdırmaq olmaz.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAslan adı və mürəkkəb adların yaranmasında iştirak edən arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Aslanbəy (bax: ad – ASLAN; BƏY) kişi adı Aslan bəy mənasındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Aslanbəy bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAslan adı və mürəkkəb adların yaranmasında iştirak edən arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Aslanxan (bax: ad – ASLAN; XAN) kişi adı Aslan xan mənasındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Aslanxan bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiaçara sözü on (miqdar sayı), həmçinin onuncu, ondabir mənasındadır.
Məlumdur ki, ərəb dilində kişi adları samitlə bitir. Tələffüzdə səsdüşümü (sonuncu a hərfinin düşməsi) nəticəsində Aşar®Aşur kimi işlənmiş, sonradan Aşur müstəqil ad olaraq rəsmiləşmişdir. Əvvəllər ailədə onuncu oğlan övlada Aşur adı qoyulmuşdur. Bu gün artıq neçənci olmasından asılı olmayaraq oğlan uşaqlarına qoyulan addır. İslam tarixinə “Qətl günü” kimi düşən Məhərrəm ayının onuncu günü “Aşura” sözü ilə əlaqədardır. Məlum olduğu kimi, həmin gün İslam tarixində matəm günüdür. Məhərrəm ayının 10-da, Aşura günü Kərbəla yaxınlığında Xəlifə Yəzidin qoşunu qohumu Hüseynin qoşununu darmadağın etmişdir. Öz tərəfdarları ilə birləşməsinə mane olmaq üçün onları sözün əsl mənasında qanına qəltan etmişdir. Kərbəla çölündəki bu dəhşətli faciə şiəlikdə Aşura günü (matəm günü) kimi elan edilmişdir. Məhərrəm ayının onuncu günü doğulan oğlan uşaqlarına çox zaman Aşur adının qoyulması da bununla əlaqədardır. Lüğətlərdə Aşur şəxs adı həm də qədim zamanlarda uzun yola çıxan karvanları qoruyan, həmçinin vergi toplayanlara müraciətlə deyilən aşur sözü ilə də əlaqələndirilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Açur adı və arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Aşurbəy (bax: ad – AŞUR; BƏY) kişi adı Aşur bəy anlamındadır. Azərbaycan tarixində Aşurbəyov soyadı məşhur adlar sırasındadır. Nəslin kökündə Aşur bəy Avşar dayanır. Məşhur Nadir şahın da aid edildiyi Avşar elindən olması barədə məlumatlar mövcuddur. Aşurbəyovlar nəslinin tariximizdə iz qoymuş bir çox parlaq nümayəndələri də məşhurdur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Aşurbəy bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Açur və Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Məlum olduğu kimi, lüğətlərdə Aşur adının həm də karvanları qoruyan mənasını qeyd edirlər. Aşurəli (bax: ad – AŞUR; ƏLİ) kişi adı aşur Əli, yəni karvanları qoruyan Əli mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Açur adı və arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Aşurxan (bax: ad – AŞUR; XAN) kişi adı Aşur xan alamındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Aşurxan bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiata övladı olan valideyn, kişi, türk dillərində baba, əcdad; istiqamət verən, yol göstərən, mənəvi dayaq mənasındadır.
Dünyanın bir çox dillərində olduğu kimi, Azərbaycan antroponimikasında da qohumluq, əqrəbalıq bildirən sözlərdən yaranmış şəxs adlarıda mövcuddur. Məsələn, Ata, Nənə (bax: ad – NƏNƏ), Bibixanım (bax: ad – BİBİXANIM) və s. V.İ.Abayev skiflərdə m.ə. IV əsrdə Atey şəxs adını izah edərkən ata adını paralel gətirmiş, hər ikisini osetin dilində ədə – “ata”, “baba” sözü kimi izah etmişdir. Lakin osetin dilindəki ədə sözü özü də türk mənşəlidir. Türk dilində ata “ulu əcdad”, “ulu”, “müqəddəs sələf” sözündəndir. Hələ şumerlərdə “Aldani” – onun atası (sami mənşəli akkad dilində), erkən orta əsrlərdə uyğurlarda Atay-Sili Xaqan, 776 cı ildə Orta Asiyada ərəblərə qarşı başlanmış Xürrəmi üsyanının “Müğənna” hərbi ləqəbli başçısı Ata, VIII əsrdə Buxara hakimi Qisrif ibn Ata və b. şəxs adlarına rast gəlinir. Qədim türklərdə əcdada sitayişlə əlaqədar verilmiş adlardandır. Azərbaycanda və Orta Asiyada bəzi övliyaların adlarının sonundakı ata sözü də bununla əlaqədardır. Bu gün də Azərbaycanda çox zaman yaşlı insana hörmət naminə “ata” deyə müraciət edilir. Məlum olduğu kimi, azərbaycanlı ailələrdə atanın adının oğula (nəvəyə) veriməsi ənənəsi mövcuddur və bu gün də yaşayır. Bu zaman hər dəfə ailədə atanın adını çəkməmək məqsədilə həmin övlad “Ata”, ”Baba”, “Dədə” deyə çağırılır. Hazırda Ata kişi adına çox az təsadüf edilsə də, Azərbaycan antroponimikasında tərkibində Ata (bəzən də Atam) adının iştirak etdiyi kifayət qədər mürəkkəb şəxs adları mövcuddur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Ata bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Ata və Baba adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Atababa (bax: ad – ATA; BABA) kişi adı bir nəslin əcdadı, ulusu, ulu babası, həmçinin qədim, çoxdankı, nəsildənqalma (məsələn, Ata-baba mülkümüzdür, Ata-babalardan qalmıç nasihatlardan ziyan görmazsan və s.), ataya, babaya bənzər oğlan, ata-baba yolunu davam etdirən övlad mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Ata adı və arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Atabəy (bax: ad – ATA; BƏY) kişi adı Azərbaycanda bu gün, az da olsa, təsadüf edilən antroponimlərdəndir. “Azərbaycan Sovet Ensiklopediyası”nda belə bir məlumat var ki, Atabəy adını da- şıyan ilk şəxs Alp Arslanın vəziri Nizamülmülk olmuşdur. Alp Arslan onu oğlu Məlikşaha tərbiyəçi təyin etmiş, iliq, ata, hoca və atabəy adlandırmışdır. Məlikşah sultan olduqdan sonra Nizamülmülkə rəsmi olaraq Atabəy adı vermişdir (1703). Atabəy vəzifəsinin və titulunun Azərbaycanda, eləcə də digər Şərq ölkələrində uzun və maraqlı tarixi vardır. Səlcuq sultanları öz vəliəhdlərinin tərbiyəsi üçün atabəylər təyin edərkən onlara çox böyük hüquqlar verirdilər. Hətta bir sıra ölkələrdə bu yolla təyin edilmiş atabəylərin azyaşlı şahzadələri əvəz etməyə ixtiyarı da var idi. Əslində son nəticədə bu, onların hakimiyyətini ələ keçirməsiylə nəticələnirdi. 1380-ci ildə Qeysəriyyə hökmdarı Əlaəddin Əli bəy vəfat etdikdən sonra oğlu Məhəmməd Çələbi kiçik olduğu üçün atabəylik Azərbaycan ədəbiyyatı tarixinə hökmdar-şair kimi daxil olmuş Qazi Bürhanəddinə (1314-1398) həvalə edilmiş, 1391-ci ildə Qazi Bürhanəddin özü hakimiyyət başına keçmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Ata adı və əzizləmə mənasını yaradan can şəkilçisinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Atacan (bax: ad – ATA; CAN) kişi adı ataya, həmçinin babaya, eləcə də yaşlı kişilərə hörmət və nəvaziş əlaməti olaraq müraciət forması kimi bu gün də işlədilən şəxs adlarındandır. Atacan şəxs adı can ata, əzizim ata mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti