Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HÜMMƏTALI ərəb.

Hümmət və mürəkkəb adların tərkibində işlənən Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Hümmətəli (bax: ad – HÜMMƏT; ƏLİ) kişi adı ali, üstün fəaliyyət, yüksək məram, Əli təşəbbüsü, Əli qeyrəti, həmçinin buna yaxın anlamları ifadə edir. Adın Hümbətəli variantı da mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HÜSAM ərəb.

Hüsamaddin (bax: ad – HÜSAMƏDDİN) şəxs adının əzizləmə və oxşama mənasında qısaldılmış formasıdır.

Sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Hüsam kişi adı kəskin qılınc mənasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HÜSEYN ərəb.

hüseyn sözündən olub, dilimizdə gözəl, göyçək anlamındadır.

Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar kişi adlarından olan Hüseyn əslində Həsən şəxs adının (bax: ad – HƏSƏN) kiçildilmiş formasıdır, “kiçik Həsən” mənasındadır. Məhəmməd Peyğəmbərin nəvəsi Həzrət Hüseynin adındandır. İslam tarixindən məlum olur ki, Hüseyn ibn Əli öz həyatı boyu zülm və haqsızlığa qarşı mübarizədə şücaət və azadlıqsevərliyi ilə məşhur olmuşdur. Uşaqlıq dövrünün altı ilini babası Məhəmməd Peyğəmbərin yanında keçirmişdir. Babasının vəfatından sonra otuz il atası Əli ilə birgə yaşamış və Əlinin hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. Atası şəhid olan vaxtdan siyasi və ictimai həyatda qardaşı Həsən ibn Əli ilə çiyin-çiyinə çalışmışdır. İslam tarixində Hüseyn haqqında olan müsbət məlumatlar məişətimizdə geniş yayılmış kişi adlarından olmasını təmin etmişdir. Adın təhrif olunmuş formaları Söyün, Useyn, Hüsən də sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir. Addan formalaşmış Hüseynov, Useynov, Hüseynli, Hüseynzadə soyadları da dilimizdə geniş yayılmış soyadlardandır. Azərbaycanda Hüseyn antroponimi ilə əlaqədar kifayət qədər toponim də mövcuddur. Məsələn, Hüseynhacılı, Hüseynli, Hüseynuşağı və s.

Azərbaycan şəxs adlarının izahlı lüğəti