Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HÜMMƏT ərəb.

hümmat sözündən olub, Azərbaycan dilində alışma, çalışqanlıq, səy, cəhd, əzm, təşəbbüs, əl-ələ verib çalışma, qəsd, dilək, istək, məram, lütf, himayə, yardım, fəaliyyət mənalarındadır.

1917-ci ildə ictimai-siyasi xadim N.Nərimanovun yaratdığı təşkilatın, həm də qəzetin adı “Hümmət” də sözün himayə, yardım, fəaliyyət mənası ilə əlaqədar olaraq adlandırılmışdı. Hümmət artıq məişətimizdə unudulmaqda olan şəxs adları sırasındadır. Adın Hümbət variantı da mövcuddur. Bu gün həm Hümbət, həm də Hümmət, əsasən, soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti