mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Zeynal adının birləşməsindən əmələ gəlmiş addır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Ağazeynal (bax: ad – AĞA; ZEYNAL) kişi adı şiəlikdə IV imamın ləqəbi ilə bağlıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiaxund sözündəndir. Axund sözü dilimizdə əsasən iki mənada işlənir: 1. İslamda dini rütbə. 2. Xüsusi ruhani təhsil görmüş din xadimi.
Məlum olduğu kimi, axund müsəlmanların baş ruhanilərinə verilən tituldur. Bəzi mənbələrdə Axund adı barədə bəhs olunarkən bu şəxs adının türk mənş. ağa (rəhbər, başçı) və fars mənş. xudavand (Allah, Tanrı) sözlərinin birləşməsi yolu ilə yaranması barədə fikirlərə rast gəlinir. S.L.Zеlinskiy 1889-cu ildə yazdığı “Объяснительный словарь татарских, грузинских и армянских слов” (“Tatar, gürcü və erməni sözlərinin izah- lı lüğəti”) adlı izahlı lüğətdə müəyyən mülahizələr əsasında müsəlman dini ilə bağlı alimləri iki katеqoriyaya bölmüşdür: ali katеqoriyaya aid olanlar, aşağı kateqoriyaya aid olanlar. Burada ali kateqoriyaya aid edilmiş alimlər sırasında axundlar da qeyd edilmişdir. Hələ çox erkən zamanlardan axundlar məscidlərə rəhbərlik və imamlıq etməklə yanaşı, həmçinin insanların dini ehtiyaclarını (kəbin kəsmək, talaq vermək, namazlara imamlıq etmək və s.) da təmin etmişlər. Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadə də öz soyadını onu övladlığa qəbul edən, təlim tərbiyə gördüyü Axund Hacı Ələsgərin titulundan götürmüşdür. Özü də tərcümeyihalında göstərirdi ki, bu Axund Hacı Ələsgər böyük fazil bir şəxs olmuşdur. Farsca və ərəbcə kamil məlumatları olmuşdur. Çox güman ki, bu səbəbdən dramaturq komik qəhrəmanlarına axund titulu verməmişdir. Dahi sənətkar son irihəcmli əsəri olan “Kəmalüddövlə məktubları” adlı fəlsəfi traktatında xalqı daim qorxu və əsarətdə saxlayan, bu səbəbdən müxtəlif moizələr oxuyan obraz yaratmaq üçün axund titulundan yalnız bir üslubi vasitə olaraq istifadə etmişdir, yəqin ki, bu da axund titulunun digər dini titullardan üstünlüyü ilə əlaqədardır. XX əsrin otuz-qırxıncı illərinə qədər bu ad uşaqlara çox verilirdi. Sonradan nədənsə valideynlər övladlarına Axund adını verməyə o qədər də maraq göstərmədilər. Bəlkə də bu, mövcud siyasi quruluşun irəli sürdüyü ideoloji məsələlərlə əlaqədar olmuşdur. Bu gün Axund Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olub, yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAxund və qədim türk dillərində olduğu kimi, Azərbaycan dilində də mürəkkəb adların tərkibində işlənən Baba adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Axundbaba (bax: ad – AXUND; BABA) kişi adı din xadimləri axundlara ehtiram əlaməti olaraq istifadə olunan müraciət formasından (axund baba) yaranmışdır. Sonradan şəxs adı kimi də rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiakif sözü səylə, həvəslə çalışmaq, özünü bilərəkdən nəyəsə həsr etmək mənasını ifadə edən “akafa” feilindəndir.
Akif kişi adı ibadət edən mömin, zahid, guşənişin, həmçinin tək yaşayan, heç kəsə qaynayıb-qarışmayan, daha dəqiq, öz məqsədi üçün bilərəkdən sevdiyi işə can yandıran mənalarını ifadə edir. Bu gün Akif adı Azərbaycanda yalnız orta və yaşlı nəsil arasında geniş yayılmış adlardandır desək, yəqin ki, səhv etmərik. Adın daşıyıcıları arasında Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Akif Əkbərov (1952-1991) xalqımızın mübariz oğullarından idi. I Qarabağ müharibəsində düşmənin qəfil hücumuna məruz qalmış dinc əhalini qoruyarkən qəhrəmanlıqla həlak olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiakim sözü Tanrı ucaldar, Allah qaldırar mənasındadır.
Akim kişi adı bir çox lüğətlərdə ərəb mənş. hakim sözü ilə əlaqələndirilir. Mütəfəkkir, çox ağıllı şəxs, müdrik, filosof, təbib anlamlarını ifadə etdiyi barədə şərhlərə də rast gəlinir. Əslində Akim şəxs adı yunanlara yəhudi dilindən keçmə sözlərdəndir. Yəhudilərdə, həmçinin xristianlarda tez-tez rast gəlinən İoakim şəxs adı ilə əlaqədardır. Akim müəyyən lüğətlərdə ərəb dilindən alınma sözlər sırasında qeyd edilir. Ərəb dilinə yunanlardan keçməsi daha inandırıcı görünür. Akim kişi adı Azərbaycanda nadir hallarda rast gəlinən adlardandır. Lakin Akimov soyadının olması dilimizdə bu adın yaxın keçmişə qədər mövcud olmasına dəlalət edir. Dilimizdə Hakim (bax: ad – HAKİM) və Həkim (bax: ad – HƏKİM) şəxs adları, eləcə də Hakimov və Həkimov soyadları ilə yanaşı Akim şəxs adının, Akimov soyadının da mövcud olmasına münasibət birmənalı deyildir. Bu gün Akim adının izahı bir qədər mübahisəli olaraq qalır. Adın daşı- yıcılarından Böyük Vətən müharibəsi iştirakçısı, ictimai xadim, general-mayor Akim Abbasov (1911-1992) müharibədən sonrakı illərdə alay komandiri, diviziya komandirinin müavini və komandiri vəzifələrində işləmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiaqibat sözündən olub, dilimizdə son, axır, nəticə mənasındadır.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Aqibət adına orta və yaşlı nəslin nümayəndələri arasında kifayət qədər rast gəlinir. Aqibət antroponimi son, axır, nəticə mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiaqil (əslində əql–ağıl) sözündəndir Aqil kişi adı ağıllı, dərrakəli, kamallı, zəkalı mənalarını ifadə edir.
Azərbaycan antroponimikasına XX əsrin 30-cu illərindən daxil olan Aqil kişi adı əsrin sonlarına yaxın dəbdən düşmüşdür. Adın daşıyıcılarından Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Aqil Qyliyev (1963-1992) bəşər tarixində ən ağır faciələr sırasında olan Xocalı dəhşətlərində dinc əhalini müdafiə etmək məqsədilə düşmənlə son nəfəsinə qədər döyüşüb həlak olmuş vətənin dəyanətli oğullarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiaqçin sözündəndir. Qeyd etmək lazımdır ki, dilçilikdə Aqşin adının etimologiyası barədə müxtəlif fikirlər mövcuddur. B.Abdullayevə görə, ağtəhər, ağ kimi, ağüzlü, ağçöhrəli mənasındadır.
Yəni Aqşin şəxs adı gözəllik anlamını ifadə edir. Aqşin şəxs adı ilə əlaqədar M.Adilov və A.Paşayev ağ sözünün böyük, çin sözünün qurd mənasında olduğunu göstərirlər. Bu da qədim türk antroponimikasında qurda tapınma, qurda inam ilə əlaqədar antroponimik vahidlərlə bir sistem təşkil edir. Bir çox
tədqiqatlarda isə Babəkin başçılıq etdiyi Xürrəmilər hərəkatını yatıran ərəb sərkərdəsi Afşinin (bax: ad – AFŞİN) adının dəyişmiş forması kimi qeyd edilir. Nədənsə bu fikrin tərəfdarları çoxluq təşkil edir. Afşinin çox güclü, tədbirli sərkərdə olması barədə tarixi faktlar da mövcuddur. C.Cabbarlı “Od gəlini” əsərində Afşinin adını Aqçin kimi işlətmişdir. O.Mirzəyevin ”Adlarımız” kitabında məşhur filoloq, alim Cəfər Xəndana istinad edilən belə bir məlumata rast gəlirik ki, “C.Cabbarlı Babək ilə əlaqədar materiallarla tanış olarkən bir dəfə Afşin əvəzinə səhvən Aqşin yazıldığını görür (ərəb əlibasında f bir, q isə iki nöqtə ilə yazı- lır). Bundan sonra o da Elxanın qardaşını məhz belə adlandırmaq qərarına gəlir”. Sonralar “Od gəlini” dramındakı Aqşin adını məhz əsərdəki mövqeyinə görə, məcazi mənada sevən, sevilən qardaş kimi mənalandıranlar az olmadı. Həm də Aqşin adının görkəmli dramaturqun əsərində işlənməsi onun digər obrazlarının adları kimi həyata vəsiqə alması ilə nəticələnmişdir. Əminliklə demək olar ki, məhz C.Cabbarlının “Od gəlini” əsəri Aqşin adının Azərbaycanda geniş yayılmasına səbəb olmuşdur. Adın daşıyıcıları arasında Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Aqşin Əlizadə (1937) musiqimizin inkişafında özünəməxsus xidmətləti olan bəstəkarlarımızdandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətialay camaat, kütlə, böyük dəstə, izdiham, çoxlu adam deməkdir. Alay kişi adı bəzi mənbələrdə nədənsə “almaq” feili ilə əlaqələndirilir. Türk dillərində əsgəri hissələrdə “bölüm”, “dasta” alay adlanır. Şəxs adı Alay adı da həmin sözlə əlaqədardır.
Məlum olduğu kimi, Azərbaycanda orta əsrlərdən hərbi xidmətlə bağlı müəyyən adlar mövcuddur: Yüzbaşı (bax: ad – YÜZBAŞ), Minbaşı (bax: ad – MİNBAŞ), Alay və s. Alay sözü türk dillərinin hamısında mövcud olmuşdur. Ərəb dilinə keçən hərbi türkizmlərdəndir. Ərəb dilində alay sözü bu gün azacıq səs dəyişməsinə məruz qaldığından, başqa sözlə, reseptor dilin fonetik qanunlarına uyğunlaşıb səs cildini dəyişdiyindən alay formasında olub, hərbi sahədə mövcud hərbi türkizmlər sırasındadır. Bu gün Azərbaycanda Alay adına orta və yaşlı nəslin nümayəndələri arasında təsadüfi də olsa rast gəlinir. Yüzbaşı,Minbaşı və s. kimi adlar isə tam əminliklə demək olar ki, tam unudulmuş şəxs adlarıdır, yalnız soyadlarda yaşayır. Azərbaycan dilində qoşun hissələrindən birinin adını ifadə edən alay sözü bu gün də hərbi termin olaraq işlənir. Bu adın izahı ilə bağlı digər mənbələrdə göstərilir ki, Alay kişi adı əvvəllər Miralay, yəni alay başçısı (Əmiri-Alay) rütbəsinin kiçildilmiş biçimi olub, sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətialam sözünün dilimizdə bir neçə anlamı var: 1. Kainat, dünya; 2. Varlıq, mövcudat. 3. Xalq, cəmiyyət, el, insanlar. 4. Maraqlı olan, cazibəli, diqqətçəkən.
Məsələn, dilimizdə belə bir ifadə var: Görmamisan na alamdir! Yəni haqqında bəhs edilənin bir aləm olduğu – çox maraqlı, diqqətçəkən, cazibədar, düşündürücü, həddindən artıq gözəl olduğu anlamına gəlir. Aləm şəxs adı da sözün qeyd etdiyimiz dördüncü mənası ilə əlaqədardır. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Aləm həm də mürəkkəb kişi və qadın adlarının tərkibində çıxış edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Alam adı və erkən dövrlərdə türklərdə mövcud olmuş çad titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Aləmşad (bax: ad – ALƏM; ŞAD) aləmi şənləndirən, dünyaya gəlişi ilə aləmi şadlandıran, sevindirən övlad mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti