Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AFŞİN ərəb.

afçin sözündən olub, müharibələrdə istifadə edilən geyim, mizraq, süngü mənasındadır.

Bəzi mənbələrdə söğdi hakimlərinin titulu kimi də izah edilir. Afşin adına Xürrəmilər hərəkatı ilə baglı tarixi mənbələrdə, araşdırmalarda təsadüf edilir. Adətən, tədqiqatlarda Babəkin edam edilməsində əsas qüvvə olan istedadlı sərkərdə Afşin Heydər oğlu Kavusun adı ilə əlaqələndirilir. Mənbələrdə qeyd edilir ki, Xəlifə Mötəsim Babəkin dəstəsini məhv etmək üçün vəsaitini əsirgəmirdi, bu məqsədlə Afşinin qüvvəsindən də istifadə edirdi, onu hərtərəfli təmin edirdi. Afşin öz casuslarından başqa Babəkin yaxınlarını da öz tərəfinə çəkməyə cəhd edərək, xürrəmilərin yeri, istehkamları və manevrləri haqqındakı məlumat üçün onlara çoxlu pul verirdi. Afşin ilk əvvəl Xürrəmilər ordusunun başçısı Tarxanı öldürtdürür. Mötəsim Afşini Babəkə qarşı müharibəyə göndərəndə belə düşünürdü ki, o, müsəlmanlara səmimi münasibət bəslə- yir. Gizlində isə Afşin həm də Babəklə əlbir idi, bu səbəbdən də müharibəni uzadırdı. Yalnız xürrəmilərlə müharibə qurtardıqdan sonra xəlifə Afşinin satqınlığını və müharibə zamanı onun müsəlmanlara xəyanət etdiyini öyrənmişdi. Tarixi mənbələrdə Babəkin Xilafətə əsir düşməsi də Afşinin adı ilə bağlıdır. Belə ki, 837-ci il avqustun 26-da Afşinin tərəfdarları ilə ərəb qoşunu tərəfindən Bəzz alınır, qalalar dağıdılır. Babək də, ailə üzvləri də ələ keçirilir. Nəhayət, 838-ci ildə Babək edam edilir. Bir çox mən- bələrdə C.Cabbarlının bədii təxəyyülünün məhsulu olan “Od gəlini” əsərinin əsas surətlərindən olan Aqşinin (bax: ad – AQ- ŞİN) adı ilə əlaqələndirilir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti