Üslubi fiqurun kateqoriyalarından biri: fikri daha ekspressiv çatdırmaq məqsədilə nitqdə spesifik sintaktik konstruksiyalardan istifadə edilməsi.
See also:
XII–XIII əsrlər trubadur poeziyasının əsas janrlarından biri.
Forma etibarilə kansonanı xatırladır, lakin toxunduğu mövzulara görə fərqlidir. S.-da ictimai-siyasi, dini, əxlaqi məsələlər qaldırılırdı, bəzən şairin düşmənlərinə qarşı (şəxsi S.) yönəldilirdi.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQədim dövrlərdə yazılan siyasi məzmunlu mətnlər.
Dövlət idarəçilərinə, hökmdarlara, vəzirlərə dövlətin idarə üsulları ilə bağlı tövsiyələr ehtiva edən əsərlərdir. Yusif Xas Hacibin “Kutadqu bilik” poeması, Nizamülmülkün “Siyasətnamə” əsəri bu qəbildəndir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİslam peyğəmbərinin və xəlifələrin həyatından, onların savaşlarından bəhs edən əsərlər.
İslamın ilk dövrlərinə aid hədis, əhvalat və rəvayətlərin bədii şəkildə işlənilməsi ilə yaradılırdı. S.-lərdə Məhəmməd peyğəmbərin müqəddəsliyi, peyğəmbərliyinin isbatı, onun möcüzələri, həmçinin xəlifələrin ədaləti, qüdrəti və s. ifadə olunurdu. S. həmçinin divan ədəbiyyatının tərkib hissəsi idi. Həmin dövrdə ədiblər din müqəddəslərindən bəhs edən bədii mətnləri divanlarında əks etdirirdilər. Şərqdə əsas S. müəllifləri bunlardır: Urvə ibn Zübeyr, Vəhb ibn Münəbbih, İbni Şihab əl-Zühri və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiOrta əsrlərdə şərqi slavyan xalqlarında musiqili-ədəbi və dramatik əsərlərin iştirakçıları, çox zaman həm də müəllifləri.
S. mahnı və rəqsləri ifa edən musiqiçilər idi. Skomoroxçuluq XI əsrin ortalarında yaranıb, XV–XVII əsrlərdə geniş yayılıb, XVIII əsrdə tədricən tənəzzülə uğrayıb. S.-ların repertuarına məzəli mahnılar, səhnəciklər, sosial satira daxil idi. Kilsə tərəfindən təqib olunurdular; 1648 və 1657-ci illərdə skomoroxçuluğun qadağan olunması haqqında fərmanlar çıxmışdı.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. soloecismus
Fikri təhrif etməyən, lakin dil qaydaları baxımından xətalı nitq parçası.
S. termini antik ritorika ustaları tərəfindən Solo şəhərinin (yunanların Kiçik Asiyada, Kilikiyada müstəmləkəsi) adından yaradılıb. Şəhər Solonun hakimiyyəti dövründə Afinadan köçüb gəlmiş yunanlar tərəfindən salınıb, lakin onların sonrakı nəsilləri yerli əhali ilə qarışıraq qədim yunan dilinin təmizliyini itiriblər. Beləliklə, antik ritorikada qrammatik baxımdan düzgün olmayan ifadələr S. adlandırılıb. S.-lər üçün şifahi nitq, loru danışıq, dialektlər xarakterikdir, ədəbi dildə onlara yol verilmir. Buna görə də S.-dən bədii əsərlərdə qrammatik cəhətdən xətalı danışıq dilinin imitasiyası üçün üslubi fiqur kimi istifadə edilir; məsələn:
Ax!.. necə kef çəkməli əyyam idi,
Onda ki övladi-vətən xam idi! (M.Ə.Sabir)
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiital. sonetto < lat. sonus – səs
Avropa ədəbiyyatında geniş yayılmış 14 misralıq lirik şeir.
Orta əsrlərdə meydana çıxıb, öz klassik şəklini XIII əsrdə İtaliyada alıb. Klassik S. iki katrendən (dördmisralıq bənddən) və iki tersetdən (üçmisralıq bənddən) ibarətdir. Hər misrada yamb ölçüsündə beş və ya altı stopa olur. Klassik qafiyə quruluşu belədir: a.b.b.a, a.b.b.a, c.c.d, e.d.e. Lakin zaman keçdikcə bəndlərin quruluşunda başqa şəkillər ortaya çıxıb. Məsələn, İngiltərədə, xüsusən Şekspir yaradıcılığında S. 4+4+4+2 qaydası üzrə bəndlərə ayrılıb. Azərbaycan ədəbiyyatında S. janrına H.Cavid, M.Müşfiq, A.Babayev kimi sənətkarlar müraciət ediblər.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiOn beş sonetdən ibarət şeir forması.
S.Ç. müəllifdən müstəsna poetik ustalıq tələb edən mürəkkəb arxitektonikaya malikdir. Burada ikincidən başlayaraq hər bir sonetin birinci misrası özündən əvvəlkinin sonuncu misrasını təkrar edir. Madriqal və ya magistral adlanan on beşinci sonet isə müvafiq ardıcıllıqla ilk on dörd sonetin birinci misralarından ibarət olur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKeçmiş SSRİ məkanında və digər sosialist ölkələrində rəsmən qəbul edilmiş, gerçəkliyi kommunizm ideologiyası ruhunda əks etdirən yaradıcılıq metodu.
“Realizm” estetik anlayışını “sosialist” təyini ilə birləşdirən S.R. incəsənətdə forma, təmayül və istiqamət müxtəlifliyini daraldır, sənətkarları “partiyalı incəsənət” və ya “sosialist ideyalılığı” prinsipi kimi təqdim olunan siyasi tendensiyalılığa təhrik edirdi. Ədəbiyyat və incəsənətin həm məzmununu, həm də əsas bədii-struktur formalarını sosializm quruluşuna xas həyat ideallarının təsviri müəyyənləşdirirdi. S.R.-nin nəzəri bazasını 1930-cu illərin sonunda “xəlqilik”, 1950-ci illərdə “sosialist humanizmi” ideyaları və ya 1970-ci illərdə estetik baxımdan “açıq sistem” prinsipi ilə genişləndirmək cəhdləri anlayışın (S.R.) rəsmi statusunu və ideoloji təbiətini dəyişmədi. 1980-ci illərin sonlarında S.R. tarixi-ədəbi terminə çevrilib.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti