Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sosialist realizmi

Keçmiş SSRİ məkanında və digər sosialist ölkələrində rəsmən qəbul edilmiş, gerçəkliyi kommunizm ideologiyası ruhunda əks etdirən yaradıcılıq metodu.

Realizm” estetik anlayışını “sosialist” təyini ilə birləşdirən S.R. incəsənətdə forma, təmayül və istiqamət müxtəlifliyini daraldır, sənətkarları “partiyalı incəsənət” və ya “sosialist ideyalılığı” prinsipi kimi təqdim olunan siyasi tendensiyalılığa təhrik edirdi. Ədəbiyyat və incəsənətin həm məzmununu, həm də əsas bədii-struktur formalarını sosializm quruluşuna xas həyat ideallarının təsviri müəyyənləşdirirdi. S.R.-nin nəzəri bazasını 1930-cu illərin sonunda “xəlqilik”, 1950-ci illərdə “sosialist humanizmi” ideyaları və ya 1970-ci illərdə estetik baxımdan “açıq sistem” prinsipi ilə genişləndirmək cəhdləri anlayışın (S.R.) rəsmi statusunu və ideoloji təbiətini dəyişmədi. 1980-ci illərin sonlarında S.R. tarixi-ədəbi terminə çevrilib.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti