Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ritorik müraciət

Üslubi fiqur: cansız əşyaya canlı, hadisədə iştirak etməyənə iştirak edən və ya təsəvvür edilənə real insan kimi müraciət edilməsi.

R.M. şərti xarakter daşıyan xitabdır; məsələn: Ah, ana təbiət, ana təbiət! Ən böyük övladın insandır gerçək (S.Vurğun). R.M.-ə monoloqlarda daha çox rast gəlinir. Onun əsas vəzifəsi kimə və ya nəyə isə münasibət bildirmək, onu səciyyələndirmək, nitqin ifadəliliyini gücləndirməkdir: Qara torpaq! Qara torpaq! Sənin dərdin nə böyükdür (S.Vurğun). R.M. bəzi mənbələrdə metobaz, metabazis və ya apostrofa da adlanır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti