Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

söz birləşməsi

İki və daha artıq müstəqil sözün mənaca və qram­matik baxımdan birləşməsi; məs.: ana ürəyi, yurdu qorumaq, düşmənlə döyüşəndə və s.

Söz kimi söz bir­ləş­məsi də cümlə üçün “tikinti materialı”dır. Bununla belə, söz birləşməsi əsas sintaktik vahidlərdən biri hesab olunur. Söz birləşməsi də sözlərlə birlikdə cümlə üzvü rolunda çıxış edə bilir. Müstəqil sözlə (əsas nitq hissəsi ilə) köməkçi sözün (köməkçi nitq hissəsinin) birləşməsi söz birləşməsi sayılmır: bizə tərəf, sənin üçün və s.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

söz-cümlə

Bir sözdən (və ya sözlərin sabit birləşməsindən) ibarət olub sintaktik cəhətdən üzvlənməyən cümlə.

Söz-cümlələr təsdiq və inkar ədatları (hə, bəli, yox, xeyr, əsla, qətiyyən, heç, heç də), bəzi modal sözlər (əlbəttə, sözsüz, baş üstə, göz üstə, şübhəsiz və s.) və nidalarla (ah, aha, oho, ey, əfsus və s.) ifadə olunur; məs.: Bunu tanıyırsan? Yox. Kəndə gedəcəksənmi? – Əlbəttə. Gəl gedək. – Yaxşı.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sözönü şəkilçilər

Sözün əvvəlinə artırılan şəkilçilər.

Azər­baycan dili morfoloji quruluşuna görə iltisaqi dildir. Elə buna görə də dilimizdə şəkilçilər, bir qayda olaraq, kökdən sonra sözə qoşulur: mis-gər, bağ-ça. Lakin bəzi alınma şəkilçilər sözün önünə artırılır. Bu tip şəkilçilər, adətən, alınma sözlərə qoşulur; məs.: la-qeyd, na-cins, co-mərd, a-normal, anti-faşist, ba-məzə, zi-qiymət və s. İstisna hallarda ön şə­kil­çilər türk mənşəli (milli) sözlərə də qoşula bilir: na-kişi, na-təmiz, na-dinc.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sözün başlanğıc forması

Sözün qrammatik şəkilçiyə qə­dər olan hissəsi.

Hər bir sözün leksik mənası onun baş­lanğıc forması əsasında müəyyən edilir. İsimlərdə başlanğıc forma qrammatik şəkilçisiz və adlıq halda olan hissədir. Feillərdə isə əmr şəkli başlanğıc formanı təşkil edir: gəz, oxut­dur. Bununla belə, lüğətlərdə feillər məsdər formasında ve­rilir: gəzmək, oxutdurmaq. Qrammatik şəkilçisiz sadə sözlərdə başlanğıc forma ilə kök üst-üstə düşür. Məsələn, yurd sözü­nün kökü də, başlanğıc forması da eynidir. Yurddakı sözündə isə yurd sözün kökü, yurddakı başlanğıc forması hesab olunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti