Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

lüğət

Müəyyən qayda ilə düzülən və müxtəlif xüsusiyyətləri: yazılışı, tələffüzü, mənası və ya başqa dilə tərcüməsi gös­tərilən sözlər toplusu; sözlük.

İlk türkdilli lüğət Mahmud Kaşğarinin yazdığı “Divanü lüğat-it-türk”dür. Lüğətlər iki cür olur: 1. Ensiklopedik lüğətlər. Bu lüğətlərdə, əsasən, adlar – ter­­minlər və xüsusi isimlər yer alır. 2. Filoloji lüğətlər: izah­lı, ter­minoloji, ikidilli, orfoqrafik, orfoepik, etimoloji və s. Lüğətlərdə sözlər, adətən, əlifba sırası ilə düzülür. Lakin sözlərin işlənmə tezliyini göstərən tezlik lüğətləri, eləcə də mövzular üzrə tərtib olunan bəzi ensiklopedik lüğətlərdə sözlərin əlifba ardıcıllığı gözlənilmir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti