Peyğəmbərlərin həyatına dair əsərlər, peyğəmbər qissələri.
Mövzuları daha çox “Quran”dan götürülür. Şərq ədəbiyyatında Adəm, Nuh, Musa, Yusif, İsa, Süleyman və d. peyğəmbərlərlə bağlı Q-Ə.-lar daha çox yayılıb. IX əsrdən etibarən belə əsərlər dini-didaktik əsərlərə çevrilib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiOrta əsrlər Şərq, eləcə də türkdilli poeziyasında mənzum roman, süjetli poema.
Müxtəlif mövzularda olur, lakin məhəbbət motivi, aşiq-məşuq münasibətləri ön plana çəkilir. Q. həm məsnəvi, həm də qoşma kimi qafiyələnə bilər. Qul Əlinin türkdilli poeziyanın ilk epik nümunələrindən olan “Qisseyi-Yusif” əsəri Q.-nin klassik nümunələrindəndir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. homoios – oxşar + teleutao – bitirirəm
Üslubi fiqur: yanaşı gələn sözlərdə eynitipli morfemlərin (allomorfların) təkrarı.
Çox zaman sadalama ilə müşayiət olunması Q.-un ekspressiv imkanlarını artırır. Bəzən daxili qafiyə yaradır; məsələn:
Əslimizin, soyumuzun dilidi,
Yasımızın, toyumuzun dilidi,
Odumuzun, suyumuzun dilidi,
Odda yanan, qanda çimən şerimiz. (Z.Yaqub)
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHər qoşma bəndindən sonra gəraylı və bayatı bəndinin də işləndiyi az rast gəlinən şeir forması.
Nümunə:
Sən mənim qədrimi bilmədin, canan,
İndən sonra bu dostluğu duala.
Görəndə didarın sənin hər zaman
Düşər könlüm yüz min iki xəyala.
Xəyal etdim bu sevdanı,
Çağırram qədir mövlanı.
Gözümdən töküb al-qanı,
Çün çəkirəm dərdü-bəla.
Dərd, bəla canda olu,
Cəsəddə, canda olu,
Yar gəlib seyr etməyə,
Açmışam canda yolu. (Molla Cümə)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSirli, vahiməli sərgüzəştlər, fantastika və mistika elementləri ilə oxucuda qorxu hissi yaradan nəsr əsəri.
Əsasən, ingilisdilli ədəbiyyatda inkişaf edib. Termin qotika memarlıq üslubu ilə əlaqədardır, belə ki, bu romanlarda hadisələr çox zaman qotik üslubda tikilmiş qədim qəsrlərdə cərəyan edir və ailə lənətləri, ruhlar mövzusunda olur. 1765–1850-ci illər ərzində Q.R. istər İngiltərədə, istərsə də kontinental Avropada ən çox oxunan janr olub. Azərbaycan nəsrində bu janrın əlamətlərinə rast gəlmək mümkün olsa da, ədəbiyyatımız üçün xarakterik hadisə deyil.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. gradatio – tədricən yüksəlmə, güclənmə
Üslubi fiqur: söz, ifadə və ya cümlələrin emosional-ekspressiv məna baxımından güclənən və ya azalan ardıcıllıqla düzülməsi; tədric.
Yüksələn Q. klimaks, azalan Q. antiklimaks adlanır. Yüksələn Q.-ya nümunə: “Gəldim, gördüm, qələbə çaldım” (Yuli Sezar). Azalan Q.-ya nümunə: “Deyirlər, çox azdır yüz il, əlli il, İnsana bir ömür kifayət deyil” (B.Vahabzadə). Q. mətn səviyyəsində də özünü göstərə bilər. Məsələn, “Qoğal” və ya “Turp” nağılında eyni mətn parçası (“Undum, qoğal olmuşam...” və ya “Nənə babadan, baba turpdan...”) nağılboyu genişləndirilərək təkrar olunur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. grapho – yazmaq, çəkmək, təsvir etmək + mania – ehtiras, meyil
Ədəbi nəşrlərdə dərc edilmək iddiası ilə əsər yazmağa patoloji meyil.
Q.-nın arasıkəsilmədən məhəbbət məktublarının yazılması ilə təzahür edilən eretoqrafomaniya forması da mövcuddur ki, bu, təbabətdə ruhi xəstəlik kimi qəbul edilir. Psixiatriya kontekstindən kənarda Q. anlayışı ədəbiyyatda qəbul edilmiş estetik meyarlara məhəl qoymadan qeyri-adi məhsuldarlıqla yazan şair və yazıçılara şamil edilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQrafik fiqur: qrafik standartın və ya orfoqrafik normanın stilistik baxımdan nəzərəçarpacaq dərəcədə pozulması.
Sözlərin müxtəlif şriftlərlə fərqləndirilməsi, mətnə yad işarələrin daxil edilməsi, mətnin kağız üzərində fiqurlu yerləşdirilməsi və s. Q. sayılır; məs.: Əl1 olub 1 ayı 1 şir ilə / Ovladılar dovşanı təd1 ilə; Xahişi1000 tə1000 olacağına ə1000əm; Qar6 görüb 80di.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. grotesque > ital. grottesco – qəribə, möcüzəli > yun. grotta – dar keçiddən sonra genişlənən mağara
Ədəbi əsərdəki obraza fantastik və komik səciyyə verən ifrat mübaliğə.
Adi komizmdən və fantastikadan fərqli olaraq Q.-də alogizm çox güclüdür. Burada antaqonist tərəflərin, məsələn, faciə ilə komediyanın, gözəlliklə eybəcərliyin, reallıqla fantastikanın ağlasığmaz vəhdəti yaradılır, obrazlar absurd, anormal, qəribə xüsusiyyətlərə malik olur. Q.-in kökləri mifologiyaya, arxaik bədii düşüncəyə gedib çıxır. Lakin mifologiyada o, ədəbi üsul kimi çıxış etmir, mifoloji təfəkkürdə sanki fantastik obrazların mövcudluğuna inam hiss olunur. Q. estetikası isə baş verənlərin hər cür məntiqi izah cəhdini inkar edir; müəllif bilərəkdən qeyri-təbii obraz və ya situasiya yaratdığını açıq-aşkar nümayiş etdirir. Q. modernist ədəbiyyata xas olan cəhətlərdən biridir. E.İonesko, S.Bekket, F.Kafka, K.Çapek, B.Brext və b. öz əsərlərində bu bədii üsula tez-tez müraciət ediblər.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQoşma şəklində yazılmış şeirin son bəndinə qəzəl və ya məsnəvi qafiyəsinə uyğun beytin əlavə edildiyi şeir şəkli.
Musa Yaqub yaradıcılığından nümunə:
Burda hər meşənin min cür ağacı,
Burda hər ağacın yamyaşıl tacı.
Burda hər tac üstə sarmaşıq saçı,
Hər saçın küləkdən darağı vardır.
***
Burda qayaların daşdır suvağı,
Burda hər daş üstə qartal caynağı,
Caynaqlı hər daşın bir buz bulağı,
Burda hər bulağın qonağı vardır,
Harda bu saydığım gözəllik olsa,
Orda Azərbaycan torpağı vardır!!!
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti