Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

alogizm

yun. a – inkar şəkilçisi + logismos – zəka, fəhm

Bədii əsərdə məntiqi əlaqənin bilərəkdən pozulması.

A.-dən ədəbiyyatda bədii vasitə kimi, əsasən, komik effekt yaratmaq məqsədilə istifadə olunur. Əsərdə heç bir məntiqə sığmayan mənasız ifadələr, səbəb-nəticə əlaqəsinin pozulması və ya olmaması, nitqin təsadüfi assosiasiyalar üzərində qurulması A. yaradır. A. söz birləşməsi (“ruh oxşayan eybəcərlik”), cümlə, mətn səviyyəsində ola bilər. A. özünü xüsusilə qroteskdə göstərir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti