yun. acrostichis; akros – ön + stichos – misra
Misralarının ilk və ya son hərfləri müəyyən söz və ya ifadə əmələ gətirən şeir.
A.-in yazılması müəllifdən yüksək məharət, təcrübə və peşəkarlıq tələb edir. Çünki formal tələblər şeirin ideya-məzmun və sənətkarlığına xələl gətirməməlidir. A.-lər daha çox məhəbbət mövzusunda olur:
Ümidim, qönçə xəyalım, güli-xəndanımsan,
Mələyimsən, ürəyimsən, sabahım, danımsan,
Mənə bəxş etdi ilahi səni, cananımsan,
Aç könül bağını, qoy ömrümü cənnətdə qalım,
Nə olar, rəhm elə, eşqində itaətdə qalım.
Qanun Ümmanın şeirindəki misraların ilk hərflərini yuxarıdan aşağıya sıralasaq, “Ümman” sözü alınacaq ki, bu da şairin təxəllüsüdür. A. mətnlər qədim yunan poeziyasında yaranıb.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti