Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bədiyə

Azərbaycan folklorunda əvvəlcədən hazırlaşmadan, bədahətən söylənilən şeir, ekspromt, meyxana.

Bu cür istedadı olan adama bədiyəçi deyirlər. Xalq oyun və tamaşalarında bədahətən deyilən söz və ifadələr B.-dir. B.-yə bəzən bədihə, basmaca, bədiyyə, bəstələmə, döşdəndedi, sinədəftər, qurama və s. də deyilir. Azərbaycan ədəbiyyatına məxsus meyxana B. şəkilində deyilmiş şeir formasıdır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bədiyələşmə

İki bədiyəçinin əvvəlcədən razılaşdırılmış mövzu ətrafında bədahətən şeirləşməsi.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bəhnamə

Keçmişdə cinsi məsələlərdən bəhs edən kitab; erotika, pornoqrafiya.

Əvvəllər təbabət və cinsi sağlamlıq haqqında olan bu kitablar zaman keçdikcə daha çox cinsi əlaqələrdən bəhs edən kitablara çevrilib. Bu kitabların içərisində insanda şəhvət hissi oyadan şəkillər də verilib.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bərcəstə

Hər hansı şeirin tərkibində mənaca daha tutumlu misra, beyt və ya bənd.

Deyim tərzinə görə aforizmi xatırladan B. çox zaman məşhurlaşaraq zərbi-məsələ, kəlama çevrilir; məsələn:

Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,

Bax bu miskin aşiqi sərpa soyarlar, ağrımaz. (İ.Nəsimi)

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti