Həyat və cəmiyyət hadisələrinin, insan psixologiyası və mənəviyyatının bədii əsərdə təzahür etdiyi vaxt, çağ.
Bu zaman konkret və mücərrəd ola bilər. Lirikada B.Z. fəlsəfi və mücərrəd zamandır. B.Z. əsərdə keçmişi, bu günü və gələcəyi ifadə edə bilər. Bəzən əsərlərdə müasir, keçmiş və gələcək zaman bədii vəhdət təşkil edir. Məsələn, Y.Səmədoğlunun “Qətl günü” romanında hadisələr müasir dövrdə, yaxın keçmişdə və qədimdə cərəyan edir. Bu üsul əsərin bədii ideyasının əbədiliyinə işarə edir və onun daha qabarıq açılmasına xidmət edir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti