İnformasiya və kommunikasiya proseslərinin icrasına xidmət edən, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə olunan bütün üsul, metod və vasitələrin cəmi.
İnformasiya texnologiyaları – məlumatların axtarılması, toplanması, emalı, saxlanması, təqdim edilməsi, yayılması üsulları və vasitələridir. Kommunikasiya texnologiyaları – informasiyanın ötürülməsi və mübadiləsi üsulları və vasitələridir. İ.K.T. termini çox vaxt qısa olaraq İKT şəklində ifadə olunur.
Jurnalistika terminləri lüğətiDövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya tələbatlarının, habelə bu sahədəki hüquqlarının təmin edilməsinə yönəldilmiş fəaliyyət.
İ. – informasiya ehtiyatlarının formalaşdırılması, təqdim edilməsi, fərdi, yaxud ümumi qaydada istifadə olunması məqsədilə həyata keçirilən təşkilati, sosial-iqtisadi və elmi-texniki proseslərin, tədbirlərin məcmusudur.
Jurnalistika terminləri lüğəti1. Məlumatın sorğu verilmədən kütləvi informasiya vasitələrində yayılması, digər nəşrlərdə, internet resurslarında yerləşdirilməsi, brifinqlərdə, mətbuat konfranslarında, rəsmi və ya kütləvi tədbirlərdə elan edilməsi.
2. Məlumatın yazılı və ya şifahi sorğu əsasında kütləvi surətdə yayılmaq üçün təqdim olunması.
Jurnalistika terminləri lüğəti1. İnformasiyanın yaratdığı obrazın təsvir edilən obyektin, prosesin real vəziyyətinə uyğunluğu.
Hər hansı məlumat əsasında qəbul edilən qərar həmin İ.A.-ndan asılıdır.
2. Obyekt haqqında informasiyanın bu obyektdən istifadənin məqsəd və vəzifələrinə uyğunluğu.
Əgər obyekt haqqında informasiya bu obyektdən istifadənin məqsəd və vəzifələrinə uyğun deyilsə, istifadəçini çaşdıra bilər. Belə hallara düzgün tərtib olunmamış reklam müraciətləri ilə əlaqədar tez-tez rast gəlinir.
Jurnalistika terminləri lüğətiMövcud informasiya massivində əvvəlcədən müəyyənləşdirilmiş tələblərə uyğun gələn məlumatların, onların saxlandığı yerin aşkar edilməsi.
İ.A. informasiyanın toplanması məqsədilə həyata keçirilir. Yazılı arxivlərdə axtarış aparmaq üçün kataloqlardan, internet-arxivlərdə axtarış etmək üçün xüsusi proqramlardan və sistemlərdən istifadə olunur.
See also:
yun. photos – işıq + yun. grapho – yazıram
İşıq şüalanmasının və ya başqa şüalanmanın təsvir yaratmağa imkan verən üsulla bərkidilməsi nəticəsində alınmış fotoşəkil.
Bu anlayış «Müəllif hüququ və əlaqəli hüquqlar haqqında» qanunla müəyyənləşdirilib və həmin sənədə görə, audiovizual əsərlərin ayrıca götürülmüş kadrı F.Ə.-nə aid edilə bilməz.
See also:
Jurnalistika terminləri lüğətiyun. photos – işıq
1. Təbiət mənzərəsini, ictimai əhəmiyyət daşımayan, lakin oxucuda (tamaşaçıda) maraq doğuran faktı, hadisəni təsvir edən fotoşəkil.
2. Fotojurnalistika janrlarından biri.
Lirik məzmunlu F.-lərdən jurnallarda, televiziya verilişlərində, informasiya və bilik verən F.-lərdən qəzetlərdə, bunların hər ikisindən isə yeni mediada geniş istifadə olunur.
See also:
Jurnalistika terminləri lüğətiyun. photos – işıq + fr. montage – quraşdırmaq, yığmaq
1. Ayrı-ayrı fotoşəkillərin hissələrindən bir fotoşəkil yaratma prosesi.
2. Ayrı-ayrı fotoşəkillərin hissələrindən yığılmış təsvir.
Mahiyyət etibarilə F. bir şəklin müəyyən obyektlərini kəsib digər şəklin üzərinə yapışdırmaqla alınır.
3. Fotojurnalistikanın publisistik janrlarından biri.
Fotojurnalistikanın digər janrlarından fərqli olaraq F.-da ideyanın qabardılması və lakonikliyə nail olunması məqsədilə reallığın nisbətən dəyişdirilməsinə, təxəyyülə yol verilir. Bununla belə, həyat həqiqətləri gerçək əks etdirilməli, jurnalistlərin peşə etikası qaydaları pozulmamalıdır. F.-lar, əsasən, iki qrupa bölünür: qəhrəman-patriotik və satirik. F.-lardan həmçinin reklam işində, siyasi karikaturalarda, plakatların hazırlanmasında istifadə olunur.
See also:
Jurnalistika terminləri lüğəti