lat. informatio – məlumatlandırma, izah
1. Məlumatın dolğunluğu, faktlarla, digər mətn elementləri ilə zənginliyi və daşıdığı biliklərin ümumi həcmi ilə ölçülən keyfiyyət göstəricisi.
2. Dar mənada: materialda yeni məlumat və biliklərin onun bütün mətn elementlərinin cəminə nisbəti.
Bu nisbət nə qədər böyükdürsə, material bir o qədər informativdir. Media materiallarında İ. vacib şərt sayılır.
Jurnalistika terminləri lüğəti