ing. chip – təbəqə, qırıntı
1. İnteqral mikrosxem.
Ç. jurnalistikada da geniş tətbiq edilən avadanlığın korpusuna yerləşdirilən və ya ayrıca istifadə oluna bilən elektron elementdir, məntiqə və yaddaşa malik çox kiçik kompüterdir. Ç.-lərdən o cümlədən cihazların yaddaşını genişləndirmək üçün istifadə olunur. Ç.-i bir cihazdan (fotoaparat, videokamera və s.) çıxarıb onun üzərində yazılmış informasiyanı digər avadanlıqda oxumaq mümkündür.
2. Müəllif hüquqlarını qorumaq və piratçılığın qarşısını almaq üçün texniki müdafiə vasitəsi.
Bəzi oyun kompüterlərində quraşdırılmış Ç.-lər lisenziyasız oyunları, videomaqnitofonda quraşdırılmış Ç.-lər lisenziyasız kasetləri işə salmağa imkan vermir və s.
See also:
Jurnalistika terminləri lüğətiing. churn – nehrə + ing. journalism – jurnalistika
Məqalələrini press-relizlər, xəbər agentliklərinin materialları, digər hazır sənədlər əsasında yazan media əməkdaşlarının məşğul olduqları jurnalistika növü.
Bununla həmin media əməkdaşları vaxtlarına qənaət etməyə və asan yolla pul qazanmağa çalışırlar. Araşdırma aparmaq və faktları yoxlamaq üçün səy göstərməyə ehtiyac qalmır. Ç. neologizmini 2008-ci ildə BBC-nin reportyoru Vasim Zakir yaradıb. O, redaksiyadan çıxmadan faktları, sitatları ordan-burdan toplayan jurnalistləri «hazır süddən yağ çalan çurnalistlər» adlandırıb. XXI əsrdə Ç. dünyanın bir çox media strukturlarında geniş yayılıb. Kardiff universitetinin araşdırması (2006) göstərib ki, Britaniya mətbuatında dərc olunan yazıların yalnız 12%-ni orijinal materiallar təşkil edir, 60%-i isə tamamilə, yaxud əsasən hazır məlumatların toplusudur. Bu prosesin qarşısını almaq üçün bir sıra təşkilatlar (Gutenberg Consortia Center, Sunlight Foundation) xüsusi layihələr (Churnalism, Churnalism US) həyata keçirir.
See also:
Jurnalistika terminləri lüğətiing. Digital Audio Broadcasting – «rəqəmsal səs yayımı» ifadəsindən yaradılmış abreviatura
Rəqəmsal radio siqnallarının elektromaqnit dalğaları ilə ötürülməsi texnologiyası.
DAB-ın əsas üstünlüyü səs keyfiyyətini artırmasında, maneələri azaltmasında, səslə bərabər, əlavə informasiya daşımasında, diapazondan daha səmərəli istifadə etmək və ötürücünün gücünü azaltmaq imkanı verməsindədir.
Jurnalistika terminləri lüğəti1. Bir ölkənin hüdudları daxilində yerləşən istənilən informasiya qaynağı, o cümlədən ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri.
2. İstənilən idarə, təşkilat və müəssisənin, o cümlədən media orqanının bilavasitə tabeliyində olan informasiya qaynağı.
Bu qaynaqlara müəssisənin yaradıcı əməkdaşları, habelə mühasibat, marketinq, yayım, texniki nəzarət, monitorinq şöbələri, tədqiqatla məşğul olan bölmələri və s. daxildir.
3. Bax: insayder.
See also:
Jurnalistika terminləri lüğətiMəişətdə, qeyri-formal ünsiyyətdə istifadə olunan dil; dilin funksional üslublarından biri.
D.D.-nin başlıca funksiyası kommunikasiya (ünsiyyət), əsas əlaməti isə nitqin sərbəstliyidir. O, ədəbi dildən ekspressivliyi, fikri ifadə edərkən bəzən sözlərin məntiqi ardıcıllığının pozulması, dialektlərdən istifadə olunması və s. ilə fərqlənir. İki sosial qrupun D.D. də bir-birindən fərqlənə bilər və ədəbiyyatda, jurnalistikada bu xüsusiyyətdən kolorit yaratmaq üçün istifadə olunur.
Jurnalistika terminləri lüğətiVerilişlərini, əsasən, auditoriya ilə söhbət formasında quran, proqramlarında daha çox diskussiyalara, debatlara, şərh və tok-şoulara yer verən radio kanalı.
Aparıcı ilə studiyada iştirak edən, yaxud verilişə telefon və internetlə qoşulan auditoriya arasında qarşılıqlı ünsiyyətə əsaslanmış proqram «danışıq proqramı», siyasət, elm, mədəniyyət, idman aləminin məşhur nümayəndələri ilə sərbəst dialoq formasında qurulmuş söhbət «danışıq şousu» adlanır.
Jurnalistika terminləri lüğətiing. digest – qısa məzmun < lat. digerere – bölmək
Başqa kütləvi informasiya vasitələrinin ən maraqlı materiallarını seçərək ixtisarla, yaxud tərcümədə öz auditoriyasına təqdim edən dövri nəşr, teleradio proqramı.
İnternet yarandıqdan sonra D.-nəşrlərin əksəriyyəti elektron formata keçib.
Jurnalistika terminləri lüğətifr. debat < debattre – mübahisə etmək
Hər hansı aktual məsələ barədə əksarqumentlərin qarşı-qarşıya qoyularaq müzakirə edildiyi diskussiya forması.
D. digər ictimai müzakirə formalarından məqsədi, dəqiq strukturu, reqlamenti, mövzunun qoyuluşu, rəngarəngliyi ilə seçilir. Debatın başlıca məqsədi, məsələn, diskussiyada olduğu kimi, həqiqəti üzə çıxarmaq deyil, başqalarını öz mövqeyinin doğruluğuna inandırmaq, auditoriyanın gözündə qarşı tərəf üzərində üstünlük əldə etməkdir. Buna görə də D.-ın mövzusu elə müəyyənləşdirilməlidir ki, ona birmənalı olaraq («hə», ya «yox», «razıyam», ya «əleyhinəyəm») cavab vermək mümkün olsun. D.-ların müxtəlif formatları olur: seçki D.-ları, parlament D.-ları, ictimai D.-lar, məktəb D.-ları, internet D.-ları və s. Mediada D.-ların təşkili və keçirilməsi yüksək peşəkarlıq tələb etdiyi üçün bu sahədə ixtisaslaşan kadrlar xüsusi hazırlıq keçirlər. Seçkilər vaxtı namizədlər arasında televiziya və radio debatları çox geniş auditoriya toplayır və yayımçılara böyük gəlir gətirir.
See also:
Jurnalistika terminləri lüğəti