Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kolorit

lat. color – rəng

Əsərin, materialın dilində, təsvir və təhkiyədə spesifik ­mə­­­­­qamların məcmusu; özünəməxsus tərz.

K. anlayışı çox vaxt obrazların nit­qində, davranışında, məişətində təzahür edən sosial mənşə, xüsusilə millilik ele­ment­ləri ilə bağlıdır. Müəllif nitqin im­kan­larından istifadə edərək etnik detallara nə qədər çox diqqət yetirirsə, milli K. də əsər­də bir o qədər qabarıq nəzərə çarpır və s.

Jurnalistika terminləri lüğəti