Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

alqoritm jurnalistikası

Verilənlərin təhlili və başqa mətnlərin monitorinqi əsasında avtomatik üsullarla xəbər, mə­qalə hazır­lan­ması sahəsində fəaliy­yət.

Belə mate­ri­al­ları xüsusi proqramlaş­dırılmış kom­pü­terlər – robotlar yazır. Alqoritm-məqalələr hazır­la­yan maşınlar vasitəsilə «jurnalistikanın robotlaşdırılması» deyilən prosesin baş­lan­ğıcı 2012-ci ildə ABŞ-da qoyulub. Los Angeles Times qəzetinin Quakebot adlı kom­püteri daim seysmik mərkəzlə əlaqə­dədir, zəlzələ baş verən kimi özü xəbər tərtib edib redaktora yollayır. BBC-də al­qoritm-robotlar müxtəlif mənbələrdən top­­ladıqları informasiyalar əsasında idman yarışlarını işıqlandırırlar, bu zaman həm oyunun gedişini, həm də komandalar arasında qarşılaşmaların ta­rixini ani olaraq təhlil edirlər. The Guardian öz həftəlik nəş­rini alqoritmlər vasitəsilə forma­laş­dırır: robotlar həftə ərzində dərc olunmuş ən populyar məqalələri seçib qısa müd­dətdə səhifələyirlər. Getdikcə A.J. mü­rək­kəb­ləşir: bəzi KİV-də robotlara mətn­lərin re­daktəsi də həvalə olunur.

Jurnalistika terminləri lüğəti