Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

serial

lat. series – sıra

Vahid fabulası, ­ey­ni qəhrəmanları və müxtəlif süjet xətləri olan çoxhissəli televiziya filmi, radio ve­rilişi.

S.-ın hər hissəsi bitkin süjetə malik ola, yaxud sonda kulminasiya nöqtəsinə çataraq yarımçıq kəsilə, növbəti hissədə davam etdirilə bilər. Sənədli filmlərdən ibarət S.-lar (məsələn, BBC şirkətinin heyvanlar, təbii fəlakətlər, dünya xalqları haq­qında S.-ları), əsasən, birincilərə, bədii S.-lar isə, əsasən, ikincilərə aiddir. Bədii S.-ların nü­mayişi aylarla, illərlə, bəzən on­illiklərlə davam edir.  «Ginnesin rekordlar kitabı»na düş­müş «Yol göstərən işıq» S.-ı ABŞ-da yarım əsrdən çox (1952–2009) nümayiş etdirilib, onun 15.782 seriyası olub.

See also:

Jurnalistika terminləri lüğəti

seriya

lat. series – sıra

1. Serialın ay­rı­lıqda nümayiş etdirilən bir hissəsi, bir filmi. 

2. Ümumi mövzu, məqsəd, yaxud başqa əlamətə malik (məs.: dizayn) məqalə və təsviri sənət əsərlərinin məcmusu.

Jurnalistika terminləri lüğəti

server

ing. server < serve – xidmət etmək

1. Kompüter şəbəkəsi sistemində şəbəkə resurslarını saxlamaq və paylamaq funk­si­yasını yerinə yetirən yüksək konfiqurasiyalı bilgisayar.

Avadanlıq komplekslərinin tər­ki­bində ayrı-ayrı funksiyaların yerinə ye­ti­rilməsi üçün nəzərdə tutulmuş S.-lər də ola bilər; məsələn: fayl-server (faylların yığıl­ması və böyük həcmdə informasiyanın sax­lanması üçün), print-server (printerin eyni zamanda çoxlu istifadəçi tərəfindən istis­marını təmin etmək üçün) və s.

 2. Müş­­tə­rinin müraciəti əsasında ona müx­təlif resurslardan və xidmətlərdən istifadə et­məyə imkan verən proqram tə­minatı.

See also:

Jurnalistika terminləri lüğəti

server xidməti

ing. server < serve – xidmət etmək

Müştərilərin serverlərinin idarə olunmasını üzərlərinə götürən, ya­xud onlara öz server klasterlərindən və resurs­larından istifadə imkanı verən şir­kətlərin göstərdiyi ödənişli xidmət.

Bu xidmətə müştərinin müvafiq proqramlarla, bəzən köməkçi avadanlıqla təmin edilməsi, ser­verlərdən istifadə sahəsində yaranan prob­lemlərin operativ həlli və s. daxildir.

Jurnalistika terminləri lüğəti

səhifə

1. Qəzet, jurnal, kitab, dəftər və s. vərəqinin bir üzü.

2. Materialın ölçü vahidi.

3. Bax: veb-səhifə.

4. Məcazi mənada: nə­yinsə inkişafında bir mərhələ, fraqment.

Misal: «Nəcəf Nəcəfovun qəzeti Azər­bay­can mət­buatı tarixində yeni səhifə idi» (B.Va­habzadə).

Jurnalistika terminləri lüğəti

səlahiyyətli nümayəndə

Hər hansı fərd və ya qurum tərəfindən rəsmi qaydada tə­yin olunmuş, onları təmsil edərək adla­rın­dan danışmaq, qərar qəbul etmək, əməli iş görmək hüququna malik fiziki, yaxud hü­quqi şəxs.

KİV-də yayılmış şərəf və ­ləyaqəti ləkələyən, böhtantəhqir xa­rakterli məlumatlarla əlaqədar cavab ver­mək, təkzib, yaxud düzəliş tələb etmək hüququndan bu məlumatın aid olduğu şəxslərlə yanaşı, onların S.N.-sinin də ya­rar­lanması mümkündür.

See also:

Jurnalistika terminləri lüğəti

sənədli film

Real faktlar və hadisələr, müəyyən mövzunun dərindən araşdırıl­ma­sı nəticəsində əldə olunmuş material əsa­sında yaradılan, onları əks etdirən film.

See also:

Jurnalistika terminləri lüğəti