ing. server < serve – xidmət etmək
1. Kompüter şəbəkəsi sistemində şəbəkə resurslarını saxlamaq və paylamaq funksiyasını yerinə yetirən yüksək konfiqurasiyalı bilgisayar.
Avadanlıq komplekslərinin tərkibində ayrı-ayrı funksiyaların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş S.-lər də ola bilər; məsələn: fayl-server (faylların yığılması və böyük həcmdə informasiyanın saxlanması üçün), print-server (printerin eyni zamanda çoxlu istifadəçi tərəfindən istismarını təmin etmək üçün) və s.
2. Müştərinin müraciəti əsasında ona müxtəlif resurslardan və xidmətlərdən istifadə etməyə imkan verən proqram təminatı.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti