Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

səlahiyyətli şəxs

Mülkiyyət forma­sından asılı olmayaraq müəssisə, idarə və təşki­latlarda daimi və ya müvəqqəti vəzifə tutan və ya üzərinə qoyulmuş öhdə­likləri xüsusi tapşırıq əsasında icra edən şəxs.

Qa­nun S.Ş.-lərə müəyyən olun­muş qaydada hüquqi əhəmiyyətli hərəkətləri etmək ix­tiyarı verir. KİV haqqında qanun­vericilikdə bu terminə tez-tez rast gəli­nir; məs.: informasiya sorğularına yalnız ­S.Ş.-lər cavab verə bilərlər.

See also:

Jurnalistika terminləri lüğəti