Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

sabun operası

ing. soap opera – sabun operası

İnsanların gündəlik qayğı və problemlərindən bəhs edən, süjet ar­dı­cıllığı ilə seçilən televiziya və radio serialları formatı.

Bu seriallar melodram xarakteri daşıyır, emosiyalarla zəngin olur. Termin 1930-cu illərdə ABŞ-da yaranıb. Gündüzlər efirə verilən və auditoriyası, əsa­sən, evdar qadınlardan ibarət olan ilk radio serial­la­rının başlıca sponsorları və reklam sifa­rişçiləri  yuyucu maddələr, o cümlədən sabun istehsal edən kommersiya təşki­lat­ları idi. Serialların ümumi adı da buradan götürülüb. Radioda ilk S.O. 1930-cu ildə, televiziyada isə 1946-cı ildə yayımlanıb. S.O. ha­zırda da televiziyada populyarlığını saxlayır. Onların bəziləri yüzlərlə seriyadan ibarət olur, illərlə davam edir.

See also:

Jurnalistika terminləri lüğəti