1. Kifayət edən, bəs edən, tələbi təmin edən. □ Kafi qədər. Kafi məbləğ.
2. Zərf kimi: kifayət edən, bəs edən, tələbi təmin edən. □ Tahir bu aləmin gözəlliyini başqasına da sevdirmək üçün sadə, tez-tez işlənən, adi sözlərin kafi olmadığını yalnız indi başa düşdü. (M.Hüseyn).
3. İsim kimi: tələbənin, şagirdin biliyinə verilən ən aşağı müsbət qiymət. □ Riyaziyyatdan “kafi” almaq.
4. Xəbər şəkilçisi ilə – bəsdir, yetər, kifayətdir. □ Mənzilimiz böyükdür, beş otaq bizə kafidir, ancaq ... burada mənim istədiyim süs yoxdur. (Y.V.Çəmənzəminli).
1. Müsəlman olmayan, islam dininə etiqad etməyən; qeyri-müsəlman. □ Kafir insan.
2. İsim kimi: müsəlman olmayan, islam dininə etiqad etməyən adam; qeyri-müsəlman. □ Kafir olsaydı əgər rəhmə gələrdi, gözəlim; O qədər ki, sənə mən dərdimi izhar elədim. (M.Şəhriyar).
3. İsim kimi: mütərəqqi fikir sahiblərinə, dinə tənqidi yanaşan və ya inanmayan şəxslərə verilən ad; dinsiz, laməzhəb (bəzən zarafatla deyilir). □ Bu fikir köhnə müsəlmanların fikrinə oxşayır: “Rusca danışdın kafirsən, furajka qoydun, kafirsən”. (M.S.Ordubadi).
4. Vulqarizm. Söyüş mənasında (çox vaxt “kafir oğlu kafir” şəklində). □ Bu kafir oğlu kafir qoşunu qırdı, qurtardı. (“Koroğlu”).
5. İsim kimi: canavar, ilan kimi heyvanların evfemistik adı. □ Niyə, ay kişi, olmaya yenə kafir çaldı? (S.Rəhimov).
Həmçinin bax:
Zoologiya. Səhra və yarımsəhra yerlərdə yaşayan və başlıca olaraq leş yeməklə keçinən yırtıcı məməli heyvan; goreşən. □ ..Keçmişdə bizim qədim qışlağa bir kaftar dadanmışdı. (S.Rəhimov).
Məcazi mənada: qoca, çirkin, idbar adam haqqında (bəzən “qoca” sözü ilə söyüş məqamında). □ Qoca kaftar, sənə on beş yaş olan qız nə gərək? (Ü.Hacıbəyli).
Azərbaycan dilinin izahlı lüğəti1. Üzərində yazı yazılan, yazı çap edilən, rəsm çəkilən, yaxud başqa məqsədlər üçün işlədilən, ağac kütləsindən və s.-dən hazırlanan xüsusi material. □ Yazılmış kağız.
2. Üzərində yazı yazılan, yazı çap edilən, rəsm çəkilən, yaxud başqa məqsədlər üçün işlədilən, ağac kütləsindən və s.-dən hazırlanan xüsusi materialın bir vərəqi, bir parçası. □ Bir kağız ver, ərizə yazım.
3. Məktub. □ Kağız yazmaq. Kağız göndərmək.
4. Rəsmi mahiyyətdə olan hər cür yazılı sənəd; təliqə, iltizamnamə, arayış, yazılı məlumat. □ Yaş kağızı. İşıq kağızı. Mərkəzdən kağız gəldi.
5. Kağızlar şəklində – aksiya, istiqraz, banknot və s. mənaları bildirir. □ Qiymətli kağızlar. Kağızlar qiymətdən düşür.
6. Qumar oynamağa məxsus xüsusi surətdə hazırlanmış kağız parçaları topası; kart. □ Kağızı kim paylayacaq? Kağızı kəsmək.
7. Sifət kimi: kağızdan hazırlanmış, kağızdan düzəldilmiş. □ Kağız kisə.
Həmçinin bax: